BolgeXeber.Com » Analitika » Hacıbala Abutalıbov: merətrafı orbitin özəllikləri

Hacıbala Abutalıbov: merətrafı orbitin özəllikləri

18-08-2016, 17:45
Oxunub: 3 654 Hacıbala Abutalıbov: merətrafı orbitin özəllikləri"İnsanların qəlbindəki şeytanın mələyə çevrilməsi" merimizin yeni təkamül nəzəriyyəsidir, yoxsa?..

Ölkədə tragikomik obrazları ilə əhalinin müzakirə obyektinə çevrilmiş məmurlar az deyil. Aralarında səmimiyəti çatışmayanlar da var, məhəbbətlə xalqın boyuna biçilmişlər də. Belə səlahiyət sahiblərindən biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı görkəmli fizik, professor Hacıbala Abutalıbovdur. Paytaxtın icra başçısının danışmanlıq məharətlərindən bəhs etmək fikrimiz yoxdur. Onsuz da hamıya bəllidir ki, məhz bu məharəti ilə mer önu sıxan hər cür yükün altından asanlıqla çıxmağı bacarıb. Zaman-zaman belə mənzərələrlə üzləşmişik.

Bizlərə sadədil görünən Hacıbala Abutalıbov dönəminin miras qoyduğu leksikondan onlarla, bəlkə də yüzlərlə sitat gətirmək olar. İlk baxışda yumorlu görünən bu deyimlərin altqatında iyrənc və əzazil xislət yatır. Adamı qarabaqara izləyən "paytaxt meri doğrudanmı bu qədər sadəlövhdür?" sualının düzgün cavabını almaq üçün onun xalqın xidmətçisi roluna diqqət yetirin. Görəcəksiniz ki, bu adam xalqa xidmətini xalqa artistliklə dəyişik salıb. Maraqlıdır, Hacıbala Abutalıbov belə artistlikləmi "insanların qəlbindəki şeytanı mələyə çevirəcəyəm" deyir? Bakı merinin insanların qəlbindəki təkamülləri nəyin hesabına həyata keçirəcəyi bu günün özündə də qaranlıq qalır. Bizcə, belə yaxşıdır. Qoy qalsın.Hər halda, düşünürük ki, professor Hacıbala Abutalıbov mer olaraq öz səlahiyyətlərinin həddini-sınırını bilməmiş deyil. Paytaxt idarəçiliyinin "sirli" maxinasiyaları açıldıqca, çox mətləblərə aydınlıq gətiriləcək. Bakı Şəhər İcra Hakimiyyətinin, eləcə də paytaxt rayonları icra hakimiyyətlərinin son 4-5 ildə gerçəkləşdirdiyi bank əməliyyatlarına nəzər salmaq yetərlidir. Külli miqdarda dövlət vəsaitlərinin pay-püş edilməsində əsas iştirakçıların adı çox asanlıqla müəyyənləşdirilə bilər. Hacıbala Abutalıbovun günahlarını əks etdirən vasitələrdən biri də, bu professorun "turşaşirin" dilidir. Yadınızdadırsa,ötən il paytaxtdakı faciəli yanğınlardan dərhal sonra bütün səhvləri dövlətin büdcəsi və pulu hesabına düzəltdirəcəyini qətiyyətlə bəyan edən bu fizik "qaqaş" sanki Türkmənbaşıdan gətirdiyi mücrüyə yatırtdığı palazqulaq yüzlüklərə sərəncam hüququndan danışırdı. Axı dövlətin büdcəsi heç kəsin dədəsinin, o cümlədən rəhmətlik İbrahimxəlil kişinin bağı-bostanı deyil. O büdcədən xərclənən hər qəpiyin hesabı ali dövlət rəhbərliyi tərəfindən bir qayda olaraq soruşulur. Ona görə də, yaxşı olardı ki, paytaxtın mer cənabı özünün ağıllı hesab etdiyi açıqlamalarını öncə korrektora göstərsin. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. \Gundelik-Baku.com\