BolgeXeber.Com » İdman » Olimpiadada medalsız qalan Azərbaycan idmançılarının sayı 34-ə çatıb

Olimpiadada medalsız qalan Azərbaycan idmançılarının sayı 34-ə çatıb

19-08-2016, 10:12
Oxunub: 3 656 Olimpiadada medalsız qalan Azərbaycan idmançılarının sayı 34-ə çatıbAzərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançıdan 44-ü çıxışını tam başa vurub

"Report"un məlumatına görə, ötən yarış günündə ölkəmizin aktivinə 1 gümüş, 2 bürünc medal yazılıb.
Kanoeçi Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə gümüş medala sahib olub. Qadın güləşçi Nataliya Sinişin 53 kq. çəki dərəcəsində bürünc medal qazanıb. Yarımfinala yüksələn boksçu Kamran Şahsuvarlı da finala çıxa bilmədiyi üçün "bürünc"lə kifayətlənib.
Kayakçı qadınların mübarizəsində İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə sonuncu olub. Triatlonçu Rostislav Pevtsov isə finişə 39-cu çatıb.
Beləliklə, Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayı 34-ə çatıb.
Onların yarıdan çoxu - boksçular Yana Alekseyevna, Məhəmmədrəsul Məcidov, Abdulqadir Abdullayev və Albert Səlimov, yunan-Roma güləşçisi Saman Təhmasibi, qadın güləşçi Yuliya Ratkeviç, velosipedçi Olqa İsmayılova, atlet Anna Skidan və Hayle İbrahimov, cüdoçu Uşangi Kokauri, idman gimnastları Oleq Stepko və Petro Paxnyuk, velosipedçi Yelena Pavluxina, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, kanoe-slalomçu Yure Meqliç, triatlonçu Rostislav Pevtsov və oxatan Olqa Senyuk legionerdir.
Güləş
Qadın güləşi
Mariya Stadnik (48 kq) - gümüş
Nataliya Sinişin (53 kq) - bürünc
Yuliya Ratkeviç (58 kq) - 5-ci yer
Yunan-Roma
Rəsul Çunayev (66 kq) - bürünc
Sabah Şəriəti (130 kq) - bürünc
Rövşən Bayramov (59 kq) - 5-ci yer
Elvin Mürsəliyev (75 kq) - 7-ci yer
Saman Təhmasibi (85 kq) - 13-cü yer
Cüdo
Elmar Qasımov (100 kq) - gümüş
Rüstəm Orucov (73 kq) - gümüş
Orxan Səfərov (60 kq) - 5-ci yer
Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer
Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub
Uşangi Kokauri (+100 kq) - 1/8 finalda uduzub.
Boks
Kamran Şahsuvarlı (75 kq) - bürünc
Elvin Məmişzadə (52 kq) - 1/4 finalda uduzub
Teymur Məmmədov (81 kq) - 1/4 finalda uduzub
Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub
Albert Səlimov (60 kq) - 1/4 finalda uduzub
Yana Alekseyevna (60 kq - qadınlar) - 1/4 finalda uduzub
Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda uduzub
Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub
Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub
Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub
Taekvondo
Patimat Abakarova (49 kq) - bürünc
Kanoe-sprint
Kanoe
Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) - gümüş
Kayak
İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) - bürünc
İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüş) - 8-ci yer
Akademik avarçəkmə
Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub.
Kanoe-slalom
Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer
Velosiped idmanı
Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer
Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib
Olqa İsmayılova (keyrin) - yarımfinala yüksələ bilməyib
Olqa İsmayılova (sprint) - 27 iştirakçı arasında 13-cü yer
İdman gimnastikası
Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer
Petro Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer
Üzgüçülük
Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer
Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer
Atıcılıq
Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer
Ruslan Lunyov (25 metr məsafəyə sürətli atış) - seçmə mərhələdə 15-ci yer
Triatlon
Rostislav Pevtsov (üzgüçülük, velosipedsürmə və qaçış hərəkətlərinin cəmində) - 39-cu yer
Qılıncoynatma
Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub
Oxatma
Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub
Atletika
Anna Skidan (çəkicatma) - seçmə mərhələdə B qrupunda 7-ci yer
Nazim Babayev (üçtəkanla uzununa tullanma) - 25-ci yer
Hayle İbrahimov (5000 metr məsafəyə qaçış) - seçmə mərhələdə 7-ci yer. Finala çıxa bilməyib.