BolgeXeber.Com » İdman » Avroliqanın "play-off" mərhələsi: “Qəbələ” uddu, “Qarabağ” uduzdu

Avroliqanın "play-off" mərhələsi: “Qəbələ” uddu, “Qarabağ” uduzdu

19-08-2016, 10:46
Oxunub: 3 316 Avroliqanın "play-off" mərhələsi: “Qəbələ” uddu, “Qarabağ” uduzduBu gün Qəbələ şəhərinin eyniadlı klubu UEFA Avropa Liqasının "play-off" mərhələsində ilk qarşılaşmasına çıxıb

Virtualaz.org bildirir ki, Azərbaycan klubu “Dalğa Arena”da Sloveniyanın “Maribor” kollektivini qəbul edib.

Görüş "Qəbələ" üçün gözlənilməz başlayıb. Belə ki, matçın 17-ci dəqiqəsində rəqib Tavaresin qolu ilə hesabda irəli çıxıb. Lakin "Maribor"un üstünlüyü çox sürməyib və Azərbaycan klubu Sergey Zenyovun 37-ci dəqiqədə vurduğu dəqiq zərbə ilə oyunda tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.

Matçın ikinci hissəsinin əvvəlində “Qəbələ” rəqib qapısından ardıcıl iki top keçirib. Baqali Dabo 50 və 52-ci dəqiqələrdə iki qol vuraraq hesabı 3:1- çatdırıb. Oyun bu hesabla da başa çatıb.

Ağdamın "Qarabağ" klubu isə "play-off" mərhələsində ilk oyununu səfərdə keçirib.

Rəqib İsveçin "Höteborq" komandası olub.

Qarşılıqlı hücum şəraitində keçən matç rəqibin minimal üstünlüyü ilə başa çatıb.

Oyunda yeganə qolu 56-cı dəqiqədə Mads Albaek vurub.