BolgeXeber.Com » Analitika » 7 milyon dolları mənimsənilən iş adamından şok açıqlamalar və təkzibolunmaz faktlar

7 milyon dolları mənimsənilən iş adamından şok açıqlamalar və təkzibolunmaz faktlar

19-08-2016, 11:12
Oxunub: 3 700 7 milyon dolları mənimsənilən iş adamından şok açıqlamalar və təkzibolunmaz faktlarFətəli Novruzəliyev deyir ki, yeganə istəyi ona hücum edib fiziki xəsarət yetirənlər, bu sifarişi verənlər qanuna uyğun olaraq cəzalandırılsın

Söhbət açacağımız mövzu yəqin ki oxuculara tanışdı. Bu barədə mətbuatda onlarla məqalə yazılıb. Tərəflərin çəkişməsi, qarşılıqlı ittihamları barədə mediada yazılar, müsahibələr getsə də bu problem hələ də öz həllini tapmır.

Söhbət “Altes Group” şirkətlər qrupunda baş verən mübahisəli əmlakdan və pul vəsaitindən gedir. Sözügedən şirkətlər qrupunda payçı olan, Dağıstanda yaşayan iş adamı Fətəli Novruzəliyev mövzunu yenidən gündəmə gətirib. O, üzləşdiyi haqsızlıqla bağlı “Yeni Müsavat” qəzetinə müraciət edib.

Fətəli Novruzəliyev deyir ki, yeganə istəyi ona hücum edib fiziki xəsarət yetirənlər, bu sifarişi verənlər qanuna uyğun olaraq cəzalandırılsın.
7 milyon dolları mənimsənilən iş adamından şok açıqlamalar və təkzibolunmaz faktlar

“Yeni Müsavat”a açıqlamasında iş adamı məsələnin mahiyyətini qısa olaraq belə izah edib: “Mən iş adamı kimi 2000-ci ildən bəri ”Altes Group" şirkətlər qrupunda qrupunun payçı olmuşam. Payçı olmaqdan əlavə, “Altes”in tikinti proyektlərinə küllü miqdarda sərmayə yatırmışam. Budan başqa “Altes Plaza” adlı proyektdən bir neçə mənzil almışam. Bütün bunların əvəzində “Altes Group” şirkətlər qrupunun rəhbəri Rüstəm Abdullayev mənə yüksək gəlirlər söz vermişdi".

Amma 2011-ci ildən bəri Rüstəm Abdullayev İngiltərəyə köçür və Fətəli Novruzəliyevin payına düşən gəliri, etdiyi sərmayəni və hətta aldığı mənzilləri belə verməkdən boyun qaçırır: “2012-ci ilin aprelin 4-də isə məni birdəfələk susdurmaq üçün Rüstəm Abdullayev qaynı Asim İsgəndərov vasitəsi ilə hücum təşkil etdirdi. Nəticədə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildim və cərrahiyyə əməliyyatı olundum”.

Müsahibimiz deyir ki, ilkin istintaqın demək olar ki ilk günlərində cinayətin üstü tam açılır: “Rüstəmlə Asim arasında olan sms yazışmasından cinayətin kimlər tərəfindən, neçəyə və nə vaxt törədilməsi, hətta hücumun nəticəsi belə aydın görünür. Asim İsgəndərov istintaqa verdiyi ifadəsində də cinayətin onun tərəfindən təşkil olunmasını boynuna alır”.

İş adamı iddia edir ki, “yuxarıdan” verilən əmrdən sonra cinayət işini aparan müstəntiqlər həmin ifadəni işdən çıxarırlar, ekspertiza rəyini dəyişdirirlər və nəticədə Rüstəm Abdullayev və Asim İsgəndərov məsuliyyətdən kənarda qalırlar. F.Novruzəliyev deyir ki, bu cinayət işini hətta dəyişilən vəziyyətdə ən gənc, təcrübəsiz müstəntiq oxusa, hücumun kimin tərəfindən təşkil olunduğunu biləcək.

Fətəli Novruzəliyev yüzlərlə məktub yazır, televiziyalara, mətbuata müsahibə verir. Heç bir nəticəsi olmur. Özünün dediyinə görə, bunun səbəbi R.Abdullayevin yüksək vəzifəli adamların arxasında çox məharətlə gizlənməsidir: “Uzun müddət Rüstəm Abdullayevə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov himayəçilik edirdi. Məlum hadisələrdən sonra Rüstəm Fərid Əliyev ad-soyadlı şəxsin arxasında gizlənməyi qərar verdi. Amma bu yaxınlarda Fərid Əliyevin mətbuata verdiyi müsahibədən göründü ki, Rüstəm onu da aldadır. Hətta Fərid müəllim prokurorluğa şikayət etdiyini bildirdi”.

Fətəli Novruzəliyevin sözlərinə görə, Rüstəm onun 7,5 milyon dollarını və başqa şəriklərin küllü miqdarda vəsaitini mənimsəyib: “Əlində bu qədər pul olan Rüstəm özünə himayəçi olaraq təzə ”Eldar Mahmudov" tapa bilər, bəlkə də artıq tapıb. Amma bu himayəçilər hamisi müvəqqətidir. Haqq isə əbədidir".

Fətəli Novruzəliyev redaksiyamıza Rüstəm Abdullayevlə Asim İsgəndərovun sms yazışmasını da təqdim edib. Sms yazışmasındakı 00447511001010 nömrəsi Rüstəm Abdullayevə, 0502109383 nömrəsi isə Asim İsgəndərova məxsusdur. F.Novruzəliyev bildirir ki, R.Abdullayevin onu döydürmək üçün A.İsgəndərova təklif edir. İkinci bu işdən yayınmaq istəyir.

04/04/2012, 15:47:07, 0502109383, 00447511001010, Pozvoni mne.
04/04/2012, 16:20:57, 0502109383, 00447511001010, Pozvoni.
04/04/2012, 17:08:11, 0503897040, 0502109383, Qaqas heckim razilasmadi. deyillar busaat harsey poxdu.

04/04/2012, 18:07:18, 0503897040, 0502109383, Qaqas manim pula ehtiyacim var ama bu prablemdi. man nisanliyam lazim deyil qoy basqalarina deyak.

04/04/2012, 18:08:15, 0502109383, 0503897040, Adam varsa denende brat, birincisi mende istemerem biz eliyek.

04/04/2012, 18:11:55, 0503897040, 0502109383, Qaqa hec mina yaxin duran yoxdu 5 min 10 minnan danis.

04/04/2012, 18:16:00, 0502109383, 0503897040, Eshidirsen Em
04/04/2012, 19:29:34, 0502109383, 00447511001010, Polada tut net.

04/04/2012, 20:49:30, 0502109383, 00447511001010, Pozvoni ya s Faridom obshalsa I za etogo ne podnyal trubku.

04/04/2012, 21:14:47,0502109383, 0552369696, Normalnidi hele oturublar.
04/04/2012, 21:30:10, 0502109383, 0554090013, Ok!

04/04/2012, 21:51:11, 0502109383, 00447511001010, Rustam vse normalno ego razyebali kak nado. Pozvoni

05/04/2012, 11:23:22, 0502109383, 00447511001010, Esli ona ne poyedit v otdelenie, mne dengi dat?

05/04/2012, 14:10:52, 0517848862, 0502109383, Emindi zang ela bu nomriy.