BolgeXeber.Com » İdman » “Hakim mənə qarşı sanki qərəzli mövqe tutmuşdu” – Lorenzo Sotomayor

“Hakim mənə qarşı sanki qərəzli mövqe tutmuşdu” – Lorenzo Sotomayor

22-08-2016, 16:04
Oxunub: 3 437 “Hakim mənə qarşı sanki qərəzli mövqe tutmuşdu” – Lorenzo Sotomayor“Çox da sevincli deyiləm. Azərbaycan üçün qızıl medal qazanmaq istəyirdim”

Apasport.az saytının məlumatına görə, bu sözləri Olimpiya oyunlarının gümüş mükafatçısı Lorenzo Sotomayor deyib.

Rio Olimpiadasında 64 kq çəki dərəcəsində finalda özbək rəqibi Fazliddin Qaybnəzərova məğlub olan təmsilçimiz bunu hakimlərin ədalətsiz davranması ilə əsaslandırıb.

“Görüş boyunca rəqibdən üstün olsam da, hakimlər elə düşünmədilər. Ümumiyyətlə, döyüşü yaxşı keçirmişdim, ancaq son raundda qalib gəldiyimə tam əmin idim. Qarşılaşma boyunca hakim mənə qarşı sanki qərəzli mövqe tutmuşdu. Çox pisəm, çox məyusam. Azərbaycanı çox sevirəm, Azərbaycan xalqına qızıl medal hədiyyə etmək istəyirdim. Ancaq ədalətsizlik imkan vermədi” – deyə o fikirlərini tamamlayıb.