BolgeXeber.Com » Bölgə » Mingəçevir telekomun rəisini şok ittihamlar gözləyir

Mingəçevir telekomun rəisini şok ittihamlar gözləyir

23-08-2016, 11:32
Oxunub: 6 002 Mingəçevir telekomun rəisini şok ittihamlar gözləyir  Mustafa Muradovun və onun baş mühasibinin cinayət əməlləri ifşa olunacaq

Deyirəm nə yaxşı ki, bu mobil telefonlar var. Məhz onların sayəsində bəzi telekommunikasiya qovşaqlarının yarıtmaz fəaliyyətləri qismən də olsa, ört-basdır olunur. Yoxsa, ölkə daxilində şəhərlərarası danışıqlar yalnız stasionar telefonların ümidinə qalsaydı, indi kim bilir Bakıdan və ya digər bölgələrdən məsələn, Mingəçevirlə əlaqə saxlamaq istəyən vətəndaşlar hansı problemlərlə üz-üzə qalacaqdılar. Bəs niyə məhz Mingəçevirlə? Ona görə ki, Mingəçevir Telekommunikasiya Qovşağının (TKQ) rəisi Mustafa Muradov, rəhbərlik etdiyi bu qurumu analoji müəssisələr arasında ən geridə qalan mövqeylərdən birinə gətirib çıxarıb. Bu barədə isə, artıq bir neçə müddətdir ki, bizimdovr.az-a daxil olan açıqlamalarda bəhs edilir. Həmin açıqlamalarda telekommunikasiya qovşağının fəaliyyətində müşahidə olunan çeşidli nöqsanlardan, eləcə də Mustafa Muradovun öz işində yol verdiyi ciddi qanun pozuntularından xəbər verilir. Məlumatlarda bildirilir ki, rayonda rabitə xidmətlərinin aşağı səviyyədə olması, vətəndaşların bu sahəyə olan tələbatının ödənilməməsi mövcud problemlərin yalnız bir hissəsidir. Əlbəttə, bəzi nikbin vətəndaşlar deyə bilərlər ki, Mingəçevirlə əlaqə yaratmaq üçün internetdən də istifadə etmək olar. Amma problem bundadır ki, internet əlaqəsinin özü də telekommunikasiya qovşağından təmin olunur. Elə bir müddət əvvəl redaksiyamıza Mingəçevirdə ciddi internet böhranı yaşanması barədə də məlumat daxil olmuşdu. Yerli sakinləri tərəfindən təqdim olunan açıqlamalarda qeyd olunurdu ki, yaranmış problemin dərhal həll olunmaması, TQK-da çalışanların qeyri-peşəkarlığının və ələxüsus da qovşağın rəisi Mustafa Muradovun uğursuz fəaliyyətinin nəticəsidir. Amma insaf naminə demək lazımdır ki, bu “uğursuz” kəlməsi son dərəcə nisbi xarakter daşıyır. Yəni Mustafa Muradovun da, qovşağın da fəaliyyətini uğursuz kimi qiymətləndirmək olar. Amma, baxır kimin üçün... Məsələn, Mustafa müəllimin özü üçün də, ailəsi üçün də, TKQ-nın baş mühasibi Əliağa Bəkirli üçün də bu fəaliyyəti birmənalı olaraq, son dərəcə uğurlu hesab etmək lazımdır. Ən azından, bu gün həm Mustafa Muradovun, həm də Əliağa Bəkirlinin ailə üzvləri, yaxın-uzaq qohumları Mingəçevirin ATS-lərində işlə təmin olunublar? Olunublar!

Elə bu ATS-lərdən birinə də kim rəhbərlik edir? Mustafa müəllimin oğlu! Pul da ki, abonentlərin canları sağ olsun, gəlir. Yeri gəlmişkən bu yaxınlarda redaksiyamıza daxil olan maraqlı bir məlumatda bildirilir ki, bu müəssisədə vətəndaşlardan pul qoparmağın müxtəlif üsulları tətbiq olunur. Məsələn, bir müddət bundan öncə bir vətəndaş evini satıb və telefon danışıqları üzrə cari dövriyyə borcunu da ödəmədən qeydiyyatdan çıxıb. Həmin evi alan digər vətəndaş isə, yeni telefon xətti çəkdirirərək abunəçi statusu alıb. Qovşağın əməkdaşları yeni nömrəni verir və bir neçə aydan sonra köhnə borcları da bu vətəndaşdan tələb edirlər. Əks təqdirdə isə, onun telefon xətti kəsilir. Bundan başqa, məlumatlarda bildirilir ki, Mustafa Muradov vətəndaşların evlərinə telefon xətti çəkilişi zamanı bir çox maxinasiyalara yol verir.

Belə ki, hər dəfə vətəndaşlara kabelin olmadığını deyən qovşağ rəisi, abonentləri həmin kabeli almağa məcbur edir. Bu yolla, dövlət tərəfindən təqdim olunan kabel “qənaət” olunur və sonradan Mingəçevirin dükanlarında və ətraf ərazilərdə yerləşən obyektlərdə satışa çıxarılır. Həmçinin məlumatlarda bildirilir ki, vətəndaşlar öz evlərinə telefon xətti çəkdirmək istəyən zaman Mustafa Muradovun başqa rüşvət tələblərilə də rastlaşırlar. Belə ki, bu məqsədlə vətəndaşların ödəməli olduqları dövlət rüsumu 40 manat olduğu halda, Mingəçevir TKQ-nın rəhbərliyi mərkəzdən bir qədər uzaq olan ərazilərə telefon xəttinin çəkilişi üçün 200-300 manat pul tələb edir. Amma bütün bu deyilənlər, Mingəçevir TKQ-nın rəisi Mustafa Muradovun baş mühasib Əliağa Bəkirli ilə birgə törətdikləri digər əməlləri ilə müqayisədə, bəlkə də çox yüngül pozuntular kimi qiymətləndirilə bilər. Məhz həmin o əməllərlə müqayisədə ki, onları düşünərkən rəis də, baş mühasib də əsim-əsim əsirlər. Bu əməllərin nədən ibarət olduğu barədə ətraflı açıqlamalrı saytımızda bir qədər sonra oxuya biləcəksiniz... Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.