BolgeXeber.Com » BÖLGƏ TV » Gəncə xəstəxanasında həkimlərin qətlə yetirdiyi qızın ölüm anının görüntüləri yayılıb - VİDEO

Gəncə xəstəxanasında həkimlərin qətlə yetirdiyi qızın ölüm anının görüntüləri yayılıb - VİDEO

23-08-2016, 19:22
Oxunub: 2 926 Gəncə xəstəxanasında həkimlərin qətlə yetirdiyi qızın ölüm anının görüntüləri yayılıb - VİDEOGəncə şəhərində yerləşən “Yeni Gəncə” tibb mərkəzində 17 yaşlı qızın cərrahiyyə əməliyyatı zamanı ölüm anını əks etdirən videogörüntülər yayılıb

“Report” tibb mərkəzinin müşahidə kamerasına düşmüş həmin görüntüləri təqdim edir. Görüntülərdə qıza ürək masajı edildiyi, daha sonra oksigen verildiyi görünür.
Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.