BolgeXeber.Com » Ölkə » Lahıcın bələdiyyə sədri qadağa qoydu: Burada şortik geyinmək olmaz -FOTOFAKT

Lahıcın bələdiyyə sədri qadağa qoydu: Burada şortik geyinmək olmaz -FOTOFAKT

24-08-2016, 16:57
Oxunub: 3 175 Lahıcın bələdiyyə sədri qadağa qoydu: Burada şortik geyinmək olmaz -FOTOFAKTİsmayıllı rayonun Lahıc qəsəbəsində maraqlı qadağa qoyulub

AZXEBER.COM-un məlumatına görə, qəsəbənin girişində turistlərə xəbərdarlıq edilib.

Xəbərdarlığa görə, Lahıcda şortik geyinmək qadağa olunub.

Bu qadağanı qəsəbənin bələdiyyə sədri Rəfiqə İsmayılova və icra nümayəndəsi Fikrət Haqverdili qoyub. Qəsəbənin girişində yazılır: "Lahıc qəsəbəsinin adət-ənənələrinə riayət edin. Qəsəbə ərazisində milli ənənələrə uyğun olmayan paltarlarla (şortla) gəzmək qəti qadağandır.

Qeyd edək ki, Lahıc Azərbaycanda turistlərin ən çox getdiyi məkanlardan hesab olunur və orada belə bir qadağanın qoyulması maraq doğurur. Çünki isti yay günlərində rayonlara gedənlərin əksəriyyəti "şortik" geyinir.
Bolgexeber.com
Lahıcın bələdiyyə sədri qadağa qoydu: Burada şortik geyinmək olmaz -FOTOFAKT