BolgeXeber.Com » Xəbərlər » Balakən təhsilində repressiyalar davam edir... - İTTİHAM VAR

Balakən təhsilində repressiyalar davam edir... - İTTİHAM VAR

26-08-2016, 16:43
Oxunub: 2 270 Balakən təhsilində repressiyalar davam edir... - İTTİHAM VARRayon Təhsil Şöbəsinin müdiri Vahid Əliyevin bir gündə 300 nəfər müəllimi işsiz qoyması hansı məqsədlərə xidmət edir?

Dünənki yazımızda "Balakən təhsilində "kadr islahatları” sərlövhəli məqalə dərc olunmuşdu. Həmin yazıda Balakən Rayon Təhsil Şöbəsinin müdiri Vahid Əliyev tərəfindən yol verilən bir sıra qanun pozuntularından, xüsusən də rayonun məktəblərində bu yaxınlarda baş vermiş kütləvi işdən çıxarmalardan bəhs olunmuşdu. Biz qeyd etmişdik ki, növbəti saylarımızda bütün bu baş verənlər barədə ətraflı açıqlamalar təqdim edəcəyik. Dünən redaksiyamıza daxil olmuş, İbrahimov Eyvaz Xalid oğlu və digərləri tərəfindən imzalanmış müraciətdə Balakən təhsilində baş verənlərin təfərrüatları əks olunmuşdur. Müraciətin mətni kifayət qədər böyük olduğundan, şikayətçilərin bizə yazdıqlarını hissə-hissə dərc etmək qərarına gəldik. Sadəcə bunu əlavə etmək istəyirik ki, müraciətdə deyilənlər Vahid Əliyevin fəaliyyətində həqiqətən də ciddi qanun pozuntularının yer aldığını deməyə tam əsas verir. Beləliklə, Blakəndən aldığımız müraciətdə deyilir:

"Balakən Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən 14 iyun 2016-cı il tarixində, ölkə qanunlarını kobud şəkildə pozmaqla 300 nəfərdən artıq müəllimin bir gündə, tamamilə əsassız olaraq işdən çıxarılması rayon ictimaiyyətinin hiddətinə səbəb olmuşdur. Təhsil şöbəsinin müdiri Vahid Əliyev və digər məsul şəxslər tərəfindən müəllimlərin hüquqlarının mütəmadi olaraq pozulması halları: qanunsuz işdən çıxarılmalar; müəllimlərlə qanuni əsasda bağlanmış müddətsiz müqavilələrin birtərəfli qaydada ləğv edilməsinə və onların müddətli (9 aylıq) müqavilələrlə əvəz edilməsinə məktəb direktorlarının məcbur olunmaları; məhz bu maxinasiya hesabına qanunsuz olaraq işdən çıxarılmış 300 nəfərdən artıq müəllimin son əmək haqqlarının hesablanmaması; təhsil şöbəsinin müdiri və katibəsi tərəfindən müəllimlərə qarşı yol verilən son dərəcə kobud davranışlar; şikayətə gələn müəllimlərin (Qurban Mahmudov, Gültamam Mirəliyeva, Rahilə Ustayeva və başqaları) şöbə müdiri tərəfindən qəbul edilməmələri və katibə tərəfindən faktiki olaraq qovulmaları və bir çox digər qanuna zidd hərəkətlər artıq Balakən RTŞ-nin fəaliyyəti üçün bir normaya çevrilmişdir. Məlumdur ki, 2012-ci ildən ümumtəhsil müəssisələrində pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə əsasında həyata keçirilir. Balakən rayonunun məktəblərində 2012-2015-ci illərdə 170-ə dək ali təhsilini başa vurmuş gənc müəllimər Əmək Məcəlləsinə tam uyğun olaraq, müddətsiz əmək müqavilələri bağlayaraq işə qəbul edilmişdirlər. Əmək Məcəlləsinin 45.1 maddəsində qeyd olunur: Əmək müqaviəsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana biər. 45.4 maddəsində göstərilir: Əmək funkisyasının yerinə yetirilməsi şəraitinə görə, işin və göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsində qeyd edilən hallar istisna olmaqla əmək müqavilələri müddəti təyin edilmədən bağlanmalıdır.

Bu maddi hüquq normlarından da məlum olur ki, ümumtəhsil məktəbləri dövlət müəsissələridir və işin xarakterinə görə daimidir. İşə qəbul edilmiş 170-ə nəfər yeni müəllimlərlə müddətsiz müqavilələrin bağlanması da tam qanunidir.
2015-ci ilin iyun-avgust aylarında Maliyyə Nazirliyi tərəfındən Balakən Rayon Təhsil Şöbəsində aparılan maliyyə yoxlaması az vaxtda təhsil şöbəsinin bir çox işçiləri tərəfındən törədilmiş çoxsaylı korrupsiya hallarını aşkar etmişdi (bir çox müəllim olmayan, keçmiş müdir və baş mühasibin qohumları, yaxınları və başqalarının adları bir sıra məktəblərin əmək haqqı cədvəllərinə daxil edilmiş, onlara əmək haqqı hesablanmış, məktəb direktorlarının xəbəri belə olmadan müəllimlər saxta sənədlərlə guya ki, kursa göndərilmiş, nəticədə küllü-miqdarda dövlət vəsaitləri talan edilmişdir). Bu haqda bütün orqanların və ictimaiyyətin də məlumatı olmuşdur. Təhsil şöbəsinə yeni təyin edilmiş müdir Vahid Əliyev isə, maliyyə yoxlaması nəticəsində aşkar edilmiş biabirçı halları guya ki, aradan qaldrımaq adı altında, yeni və daha kobud qanun pozuntuları törtətmişdir. Vahid Əliyev özünün bu tədbirlərini məcburetmə, təsiretmə, yalandanşma kimi üsullardan istifadə etməklə həyata keçirirdi. RTŞ müdirinin yol verdiyi qanunsuzluqlara misal olara aşağıdakıları göstərək: maliyyə yoxlamasını həyata keçirən komissiyanın adından bəyan etmişdir ki, guya 2012-ci ildən bu tərəfə işə qəbul edilən və əvəzçilik əsasında işə qəbul edilən müəllimlərlə müddətli müqavilələr bağlanmalıdır, onlara məzuniyyət verilməməlidir, son haqq-hesab hesablanmalıdır; 13 iyun 2016-cı il tarixdə Təhsil Şurasının iclasında məktəb direktorlarına oxunan Təhsil Nazirliyinin 165 saylı əmri dəyişdirilərək saxtalaşdırılmış, direktorlara yalan məlumat verilərək, əlavə iş yerinə və 2012-ci ildən bu tərəfə işə qəbul edilmiş müəllimlərin işdən çıxarılması barədə Təhsil Nazirliyinin əmri olduğu direktorlara bildirilmiş və onlardan bu əmrin icrası tələb olunmuşdur. Həmin əmrin surəti RTŞ-nin işçisi R.Orucovdan istənildikdə, o, sənədi təqdim etməkdən imtina etmiş, sonradan isə, guya ki, sənəd ümumiyyətlə itmişdir.
Lakin hələ bir müddət əvvəldən, artıq yeni müdir bütün bu deyilənləri yerinə yetirməyə başlamışdı. Belə ki, 2015-ci ilin sentyabr ayında, dərs başlayar-başlamaz bütün məktəb direktorlarına şifahi göstəriş verilir ki, 2012-ci ildən bu tərəfə müddətsiz müqavilə ilə işə qəbul edilən və artıq 3-4 il ərzində təccrtibə qazanmış gənc müəllimlərin, həmçinin əvəzcik əsasında (ikinci iş yeri kimi) müddətsiz müqavilə ilə işə qəbul edilmiş müəllimlərin (ilindən asılı olmayaraq) müddətsiz müqavilələri ləğv edilib, onlarla müddətli müqavilələr (həm də 2016-cı ilin iyun ayının 15-dək) bağlansın. Məktəb direktorları da, müdirləri kimi, heç nəyə məhəl qoymadan, qanunun tələblərini gözləmədən bu hüquqa zudd əmri yerinə yetirirlər. Bir neçə məktəbdə isə, RTŞ müdirinin göstərişinə qarşı çıxan müəllimlərin iradəsini qırmaq üçün, şöbənin inspektorları "əsaslı təftişlərə” başalyırlar. Bu yolla həmin müəllimlərin də iradəsini qırırlar.
Hətta l970-ci illərdən bu tərəfə, 55-65 yaşlarında əvəzciliklə işləyən müəllimlərin də başına bu oyunu açırlar. 1972-ci ildən müəllimlik fəaliyyətinə başlayan, 44 ilik pedaqoji müəllim stajı olan, 2016-cı ilin noyabr ayında 65 yaşı bitəcək Eyvaz İbrahimova və başqalrına qarşı tətbiq edilən əsassız işdən çıxarılmalar, 14 gün üçün məzuniyyət pulunun kəsirlə hesablanması və digər hallar həqiqətən dözülməzdir. 5 aydan sonra 65 yaşı tamam olub, məktəbdən ayrılacaq müəllimə qarşı edilən bu hərəkət ondan xəbər verir ki, təhsil şöbəsinin müdiri yaşlı müəllimlərin pullarını tutub, özlərini isə əsassız işdən çıxarıb, yola salacaq. Balakən Rayon Təhsil Şöbəsinin rəhbərliyi anlamır ki, müəllimlər əlavə iş yerlərində, əsas iş yerlərində 18 saat dərs yükləri olmadıqları üçün uzaq məsafələrədə yerləşən məktəblərdə işləmək məcburiyyətində qalırlar. Rayonun bütün məktəbləri üzrə bir kadrlar şöbəsi və bir mühasibatlıq var ki, o da təhsil şöbəsində yerləşir. Belə olduğu halda ikinci iş yerindən danışmaq doğru deyil. Müdirin bu əmrinin yerinə yetirilməsi üçün saxtakarlıqlar da edilir. Qeyd edilən müəllimlərin əmək müqavilələrinin yeniləndirilməsi oktyabr, noyabr, hətta dekabr ayınadək davam edir. Müqavilələrdə isə, tarix 2015-ci il 15 sentyabr kimi qeyd edilir. Hətta bəzi məktəb direktorları müqavilədə işçinin yerinə özü və ya başqasına imza etdirmişlər. Bu vəziyyətin nəticəsi olaraq, müddətsiz müqavilələr müddətli müqaviləyə çevrilmiş, 300-dən çox müəllimin müddətsiz müqaviləsinin ləğv edilməsi rəsmiləşdirməmiş, eyni zamanda 2015-ci il sentybar ayının 15-də 300 müəllimlə bağlanan müddətli müqavilələr də rəsmiləşdirilməmişdir. Əmək Məcəlləsinin 44.3-cü maddəsində qeyd olunur: Əmək müqviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə, işə götürəndə saxlanılır. Öz əməllərini gizlətmək üçün, təhsil şöbəsinin rəhbərliyi işçilərə müqavilələrin nüsxələrini də təqdim etməmişlər. Hətta tələb etdikdə belə, vermirlər. 2016-cı ilin may ayından etibarən 2015-ci ilin 15 sentyabr tarixində müddətli müqavilə bağlanmış müəllimlərə bildiriblər ki, 15 iyun 2016-cı il tarixdən hamınız işdən çıxarılcaqsınız. Son haqq-
hesabınız da veriləcək. 2012-2015-ci il illərdə işə qəbul edilib, 2016-cı il 14 iyun tarixdə işdən çıxası gənc müəllimlərə isə deyirlər ki, iyul ayında Təhsil Nazirliyi tərəfındən keçiriləcək müsabiqəyə gedib, ordan keçəsiniz işə qəbul oluna bilərsiniz. Bu səbəb üzündən də bir gündə, 14 iyun 2016-cı il tarixdə 100-dən çox 3-4 il təcrübəyə malik, 200-dən çox ( cəmi 300-dən çox) 2-ci iş yerində işləyən müəllimlər qanunsuzluğun, özbaşınalığın, mənəviyyatsızlığın qurbanı oldular...”
Redaksiyamıza iki gün bundan öncə daxil olmuş və Balakən təhsilində baş vermiş kütləvi işdən çıxarmalardan bəhs edən məktubun davamını təqdim edirik. Xatırladaq ki, müraciət İbrahimov Eyvaz Xalid oğlu və digərləri tərəfindən imzalanmışdır.
"Bir qədər qəddarcasına səslənsə də, bu gün Balakəndə təhsil şöbəsinin müdiri Vahid Əliyevin həyata keçirdiyi kütləvi işdən çıxarmaları rayon sakinləri "müəllimlərin soyqırımı” kimi adlandırırlar. Amma əslində, bizə qarşı həqiqətən də əsil qəddarlıq nümayiş olundu. Bu kütləvi aksiyanın gedişində nə qismən ödənilən məzuniyyətdə olanlara, nə hamilə qadın müəllimələrə, nə yaşlılara, nə böyük ailəsi olanlara, nə də əlillərə məhəl qoyulmadı. Bu zaman qanunvericiliyin də heç bir tələbi gözlənilməyib. Hər bir müəllimin həfətədə 36 saat dərs demək hüququ var. Müəllimlər Əmək Məcəlləsinin 16-cı maddəsində qeyd edilən ayrı-seçkiliyə məruz qalmışlar. Belə ki, bir neçə məktəbdə əlavə iş yerində işləyən müəllimlər tam 56 günlük məzuniyyət pullarını almaqla, işdən də çıxarılmamışlar. Eyni zamanda Təhsil şöbəsinin demək olar bütün işçiləri əlavə iş yeri olaraq, müxtəlif məktəblərdə dərs deyirlər (əksəriyyəti heç dərslərini də keçmir, şagirdləri belə tanımırlar). Respublikanın heç bir rayonunda əlavə iş yerində işləyən, müddətsiz müqavilə ilə 2012-ci ildən sonra işə qəbul edilən müəllimlər işdən çıxarılmayıb, əmək məzuniyyətlərinin pullarını da tam alıblar.Yoxsa Balakən rayon məktəbləri bu sahədə pilot məktəblərmi elan edilib? Balakən Təhsil şöbəsində özbaşınalığın, korrupsiyanın, mənəm- mənəmliyin nəticəsidir ki, müəllimlərə qarşı edilən bu ayrı-seçkilik nəticəsində, bəlkə də yüzlərlə müəllimin əmək haqqı minimum əmək haqqından xeyli aşağı düşmüşdür. Məsələn, Poştbinə ümümi orta məktəbində əlavə iş yerindən işdən çıxarılan Yaşar müəllimin mövcud əmək haqqı 35 manata, Hənifə kənd tam orta məktəbinin müəllimi G.Əhmədovanın əmək haqqı 90 manata bərabərdir. Əmək Məcəlləsinin 154.2 maddəsində qeyd olunur: Bu məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbbğinin hər hansı şəkildə azadılması və onlara dövlətin müəyyən etdiyi minumum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

Bu hadisəinin baş verməsində Təhsil Nazirliyinin də rolu az olmamışdır. Belə ki, Təhsil naziri tərəfindən verilmiş 2016-cı il 28 mart tarixli 165 saylı əmrdə qeyd olunur ki, işə qəbul qaydaları müəyyən olunduğu vaxtdan (yəni 2012-ci ildən) müddətli müqavilə ilə işə qəbul edilmiş və ikinci iş yerlərində müddətli müqavilə ilə işləyən müəllimlərin müqaviləsinin bitdiyi vaxt müqaviləyə xitam verilsin. Nazirin bu əmri Əməl Məcəlləsinin 73-1-ci maddəsinə ziddir. Çünki nazir işə götürən ilə işçi arasında bağlanmış hər hansı bir müqavilənin ləğv edilməsi haqqında əmr verə bilməz. Qanun əməк müqaviləsinə 3-cü şəxsin müdaxiləsinə yol vermir. Müddətli əməк müqaviləsninin ləğv edilməsi Əmək Məcəlləsinin 73 maddəsi ilə tənzimlənir. Bu Məcəllənin 73.1 maddəsində göstərilir: Müddətli əmək müqaviləsinə göstərilən müddət qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstəribn müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini təbb etmirsə, həmin əmək müqaviləsi əvvəl təyin olunmuş müddətdə uzadılmış hesab olunur. Onu da qeyd etrnək lazımdır ki, Müddətli Əmək Müqaviləsi bağlanan hallar Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuşdur. Təhsil Nazirliyinin yuxarda qeyd edilən əmri nazirin 28.03.2016-cı il tarixli 165 saylı əmri ilə təsdiq etdiyi Pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi qaydalarının 5.2 maddəsinə də ziddir. Orda son cümlədə qeyd olunur ki, müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin də müsabiqədə iştirakı mümkündür. Belə olduğu halda 3-4 il işləyən müəllimlərin işdən azad edilməsinə ehtiyac vardırmı?

Həmin qaydaların 2.5-ci maddəsinin sonuncu cümləsində qeyd olunur: Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə əmək müqaviləsi hər tədris ilinin sonunda və ya sosial məzuniyyətdə olan müəllim işə qayıtdığı gündən ləğv edilir. Bu cümlədən də tam aydın olur ki, müddətli müqavilələr tədris ilininin sonunda ləğv edilməlidir. Qanunvericilikdən xəbərləri olmayan Balakən təhsil şöbəsinin rəhbərliyi elə bilir ki, tədris ilinin sonu dərslər kəsilən gün, yəni 14 iyundur. Ona görə də müddətli müqavilələri 14 iyun tarixində ləğv etdriblər.
Hənifə kənd tam orta məktəbinə 2016-cı ilin mart ayında müvəqqəti olaraq direktor təyin edilən, deyilənlərə görə, həmin vəzifəni tutmaq üçün bal toplaya bilməyən Abdullayeva Əsiyyət məktəbə atasının miilkiyyəti kimi baxır. Elə bilir ki, direktor olanda dövlətin mülkiyyəti atasının mülkiyyətinə çevrilir. Direktor olan kimi heç kimlə hesablaşmadan aprel aynda bütün müəllimlərlə əmək müqaviləsini ləğv edir, hətta əvvəlki direktor tərəfindən bağlanmış müqavilələri belə məhv edir. Bütün müəllimlərə bildirir ki, işləmək üçün hamı mənimlə yenidən müqavilə bağlamalıdır. Əlavə iş yerində məktəbdə 20 ildən çox işləyən müəllimləri 14 iyun tarixində işdən çıxarır. Hamıya da hədə-qorxu gəlir ki, mən filankəsin adamıyam. Belə təhsil şöbəsi müdirinin belə də məktəb direktoru olmalıdır.

Əmək Məcəlləsinin 58-ci maddəsinin 4 -cü hissəsində qeyd olunur: Əlavə iş yerində əvəzçilik (2 -ci iş yeri) üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin 5-ci və 6-cı hissələrində göstərilənlər istisna olmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə təyin edilmiş bütün normalar, qaydalar və müddəalar şamil olunur.

Kobud qanun pozuntuları ilə işdən çıxarılan 300 nəfərdən çox işçilərə əzab verən təhsil şöbəsinin müdiri və eyni zamanda onun baş mühasibi, region üzrə mühasibatlıq şöbəsinin rəisi həmin müəllimlərə son haqq-hesab üzrə əmək haqqını qanuna zidd olaraq, düzgün hesablamamaqla maddi ziyan da vururlar. İşdən çıxarılan 300-dən çox müəllim üçün son haqq-hesab 56 gün hesabı ilə hesablanmalı olduğu halda, əmək qanunvericiliyindən xəbərləri olmayan Təhsil şöbəsinin müdürii V.Əliyev və region üzrə mühasibatlıq şöbəsinin rəisi Ş.Qallacovun sifahi əmrləri ilə 42 günlük son haqq-hesab əmək haqqı hesablanmışdır.

Əmək Məcəlləsinin 118.1 maddəsinin b) bəndinə görə, bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzunuyyəti 56 təvqim günü müddətinə verilir. Əmək Məcəlləsinin 140.1 maddəsində qeyd olunur: Məzuniyyət vaxtı üçün ödənilən əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təvqim ayının orta əmək haqqına əsasən təyin olunur. 140.2-ci maddədə də göstərilir ki, 12 təvqim ayından az işləyərək məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təvqim aylarına əsasən hesablanır.
Qeyd edilən maddi hüquq normalrından aydın olur ki, 300-dən çox işdən çıxarılan müəllimlər 3-4 il və illərlə işləmiş müəllimlərdir. Ona görə onlara 56 gün hesabı ilə son haqq-hesab üzrə əmək haqqı hesablanmalı idi. Qanunu bilməmək heç kəsi məsuliyyətdən azad etmir.
Ümumilikdə isə, Təhsil şöbəsinin qanuna zidd hərəkətləri nəticəsində hər bir müəllimə vurulan maddi ziyan əmək haqqı üzrə 32 iş günü təşkil edir. 300-dək işçinin qanuna zidd olaraq işdən çıxarılması, onlara maddi ziyanın vurulması təhsil işçilərinin Balakən həmkarlar təşkilatının sədri Ramazan Molulovun gözü qarşsında baş verir. İşçi müəllimləri müdafiə etməli olan bu şəxs əksinə, işə götürənlərin müdafiəçisi kimi çıxış edir. Hətta müdirin yanına şikayətə getmək istəyən Q.Mahmudova deyir ki, müdirin yanına getmə, ikinci iş yerlərində işləyənlərin işdən çıxarılması haqda əmri Bakıdan mən gətirmişəm. Burdan da məlum olur ki, həmin saxta əmrin hazırlanmasında R.Molulov da iştirak edib.
Həmkarlar ittifaqı haqqında qanunun 12-ci maddəsinin 4-cü abzasında qeyd olunur: Həmkarlar ittifaqı öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilər. 300 nəfər üzvünün hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək əvəzinə Ramazan Molulov tam məsuliyyətsizlik gösətərib, heç nə etmir. Belə təşkilat kimə lazımdır? Çox güman ki, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, hörmətli Səttar Mehbalıyev də bu haqda öz sözünü deyəcək....”Rayon Təhsil Şöbəsinin müdiri Vahid Əliyevin bir gündə 300 nəfər müəllimi işsiz qoyması hansı məqsədlərə xidmət edir?
bizimdovr.az