Bakıda «Quzu restoranı» yol hərəkət qaydalarını necə pozur? - FOTOFAKT
26-08-2016, 18:58
Oxunub: 1 730
Restoran sahibinin müvafiq olaraq qanunvericiliyin tələbələrinə əməl etməməsi üzündən Azərbaycan Nəşriyyatı istiqamətindən İnşaatçılar metrosu istiqamətinə hərəkət edən sürücülər restoranın plakatını görürür
Şərifzadə küçəsindən İnşaatçılar metrosu istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün qoyulmuş yol nişanlarının qarşısını bu restoranın reklam plakatı kəsib. Söhbət həm də kifayət qədər əhəmiyyətli olan piyada yol keçidinin olduğuna dair plakatdan gedir. Şərifzadə küçəsində yerləşən və Yasamal Qəbiristanlığı ilə yolun kəsişməsində olan «Piyada keçidi» yol nişanının tam qarşısında «Quzu restoranı» heç bir qanunlara əməl etmədən öz plakatını yerləşdirib.
Həm də piyadaların keçidi üçün yolun üstündə yerləşən zolaqlar da yararsız hala düşüb. Restoran sahibinin müvafiq olaraq qanunvericiliyin tələbələrinə əməl etməməsi üzündən Azərbaycan Nəşriyyatı istiqamətindən İnşaatçılar metrosu istiqamətinə hərəkət edən sürücülər restoranın plakatını görürür. «Piyadalara yol ver» nişanı isə ümumiyyətlə görünməz haldadır. Bundan başqa «Dayanma-durma qadağandır» işarəsi də ağacların arasında görünməz haldadır. Məhz restoranın bu pozuntuya yol verməsi səbəbindən hər an ərazidən keçən piyadalar üçün həyati təhlükə yaranır.
Güman edirik ki, «Quzu restoranı» tezliklə Yol Nişanlarının qarşısında reklam lövhəsinin yerləşdirilməsini yasaqlayan qanunların tələblərinə əməl edərək öz plakatını ərazidən yığışdıracaq. Ən azından o piyada keçidindən istifadə edən insanların həyatı naminə…
Qarşı tərəfi də dinləməyə hazırıq.
gundeminfo.az
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər