BolgeXeber.Com » Xəbərlər » Bu idman növünə görə dünyada biabır oluruq – Cahangir Əsgərov Prezidentə nə cavab verəcək?

Bu idman növünə görə dünyada biabır oluruq – Cahangir Əsgərov Prezidentə nə cavab verəcək?

26-08-2016, 19:48
Oxunub: 3 054 Bu idman növünə görə dünyada biabır oluruq – Cahangir Əsgərov Prezidentə nə cavab verəcək?Azərbaycan ağırlıqqaldırma idman növü üzrə dünya siyahısında böyük ölçüdə geriləyib

Buna səbəb isə son illər bu idman növü ilə məşğul olan idmançılarımızın dopinq-testdən keçə bilməmələri və nəticədə beynəlxalq yarışlara buraxılmamalarıdır.

AZXEBER.COM xəbər verir ki, idmançılarımız 2015-ci ilin noyabr ayında, Hyustonda dünya çempionatında dopinqdən istifadə etməkdə ifşa olunublar və buna görə də bütün beynəlxalq yarışlarda iştirak etmək hüquqlarını itiriblər. Beynəlxalq Ağır Atletika Federasiyasının qərarı ilə ağırlıq qaldırma üzrə beş Azərbaycan idmançısı 2023-cü, biri isə 2019-cu ilə qədər diskvalifikasiya edilib.

Bunlardan Elxan Əliquluzadə 2023-cü ilə qədər, Silviya Anqelova 2023-cü ilə qədər, Firudin Quliyev 2023-cü ilə qədər, Valentin Xristov 2023-cü ilə qədər, İntiqam Zairov 2023-cü ilə qədər, Dadaş Dadaşbəyli 2019-cu ilə qədər diskvalifikasiya olunublar.

Azərbaycanın ağırlıqqaldırma üzrə ikiqat dünya və Avropa çempionu Nizami Paşayev də 2008-ci ildə bədənində dopinq aşkarlandığı üçün beynəlxalq yarışlara buraxılmamışdı.

Xarici məşqçilər idmançılara zorla dopinq qəbul etdiriblər

Araşdrımalar göstərir ki, idmanda “ən böyük bəla” hesab edilən dopinqlər dünyada istifadə olunan müasir testlərlə çox rahatlıqla üzə çıxarıla bilir. Hətda elə teslər var ki, o bir idmançının bir neçə il öncə belə qəbul etdiyi dopinqi tapır və göstərir.

2010-cu ildən etibarən Azərbaycanın adı məhz dopinq qalmaqallarında çəkilməyə başlanılıb. Bu hal Ağırlıqqaldırma Federasiyasınının gətirdiyi xarici məşqçilərin hesabına yaranıb. Belə ki, ilk dəfə belə hadisə 2011-ci ildə baş verib. Millimizi buna qədər yerli məşqçilər çalışdırsa da, bolqarıstanlı və polşalı məşqçinin gəlişi ilə bu cür hallar çoxalmağa balayıb.

Adı dopinq qalmaqalında hallanan təcrübəli idmançı İntiqam Zairov “BBC Azərbaycan”a açıqlamasında məşqçilərin zorla idmançılara dərmanlar verdirdiklərini, əks təqdirdə millidən uzaqlaşdırmaqla hədələdiklərini söyləyib.

“Baş məşqçi var və biz də ona tabeyik. Onun bizə verdiyi vitamin və iynədən mənim başım çıxmır ki, hansı qadağandır hansı yox. Özü bilirdi və bizə verirdi. Səkkiz il çox müddətdir. İdman karyerası demək olar ki, bitdi. Mənim o qadağa bitəndə 39 yaşım olacaq. Axırıncı şansım olimpiada idi, o da oldu heç nə”

Mövcud vəziyyət artıq elə bir hala gəlib ki, azərbaycanlı təcrübəli idmançılardan heç kimin 2016-cı ilin iyun ayında keçirilən gənclər arasında dünya çempionatında iştirak edə bilməyib. Çünki onların çoxunda dopinq tapılıb.

Cahangir Əsgərov federasiyasını başsız buraxdı

Sonuncu dəfə Nicat Rəhimovun Qazaxıstan bayrağı altında olimpiya çempinonu olması da Cahangir Əsgərovun vəziyyətini daha da ağırlaşdırıb. AZAL şefinin dopinq qalmaqalı ilə Azərbaycanın idman siyasətinə böyük ölçüdə zərbə vurması hakimiyyət daxilində də ciddi narazılıqla qarşılanıb.

Nicatın atası mətbuata açıqlamasında bu haqda deyib: Ağır atletika millimizin keçmiş baş məşqçisi Zlatan Vanev şəxsən məni Şeraton otelə çağırıb, deyib ki, oğlun dopinq atmalıdır. Onda razılaşmamışam. Sonra İsgəndər Əsgərov özü mənə neçə dəfə zəng edib deyib, razılaşmamışam. Demişəm olmaz. Mən hətta Zlatan Vanevə tapşırıq vermişdim ki, əgər oğluma qanunsuz dərmanlar versəniz, məndən inciməyin.Bundan sonra Nicatgil İsmayıllıda olarkən ona dərman veriblər. Onu da Nicat özü mənə dedi. Oğluma 2-3 gün vitamin adı ilə dərman veriblər. Bununla da Nicat bir dəfə dopinqdə tutuldu və mən qərar verdim ki, oğlum buradan getsin"

Başı AZAL-da bilet satışına qarışan Cahangir Əsgərovun prezidenti olduğu Ağırlıqqaldırma Federasiyasında son illər ard-arda çıxan dopinq qalmaqalları Azərbaycanın bu idman növündə adının qara siyahıya düşməsinə səbəb olub. Artıq məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə də məlumat verilib. Xüsusən də, Nicatın Olimpiyadada qızıl medal alması Cahangir Əsgərovu qorxuya salıb. Əl atdığı bütün sahələrdə uğursuzluğa düçar olan Əsgərovla bağlı yaxın vaxtlarda yekun qərar veriləcəyi gözlənilir.