BolgeXeber.Com » Xəbərlər » Cahangir Hacıyevin bacısından Samir Şərifova sərt ittihamlar: "Qardaşım Şərifovun ağzına baxmırdı deyə cəzalandırıldı"

Cahangir Hacıyevin bacısından Samir Şərifova sərt ittihamlar: "Qardaşım Şərifovun ağzına baxmırdı deyə cəzalandırıldı"

27-08-2016, 09:47
Oxunub: 3 194  Cahangir Hacıyevin bacısından Samir Şərifova sərt ittihamlar: "Qardaşım Şərifovun ağzına baxmırdı deyə cəzalandırıldı"Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva qardaşının həbsi ilə bağlı jurnalistlərə açıqlama verib

Musavat.com xəbər verir ki, avqustun 26-da keçirilən məhkəmə prosesindən sonra jurnalistlərə açıqlama verən Əminə Hacıyeva qardaşının günahsız olduğunu və istintaqın qərəzli aparıldığını deyib.

“İstintaq qərəzli aparılıb. Bütün dünyada təqsirlisizlik prizumpsiyası var. Bu günə qədər Cahangir Hacıyevin saxlanma şəraiti normal olmayıb. Ona qarşı “Bondotdel”də də (DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi -red.) münasibət yaxşı deyildi. İndi də həbsxanada problemlər var. Mən belə fikirdəyəm ki, həbsdə Cahangir Hacıyevə qarşı olan bu qərəzli münasibət Ədliyyə Nazirliyi tərəfindən təşkil olunur. Penitensiar Xidmət Ədliyyə Nazirliyinə tabedir. Deməli, oradan bir başa tapşırıq verilir ki, Cahangir Hacıyevi bu şəraitdə saxlayın. Çünki bu vəziyyət özbaşına yaradılmaz. Biz hər yerə müraciət etmişik. Amma yenə də bir nəticə yoxduı. Necə idisə, indi də o şəraitdə saxlanılır. Soyuducu yoxdur, su da vermirlər”- deyə Əminə Hacıyeva qardaşının saxlanma şəraitindən gileylənib.

O, həm də mətbuatda qardaşının və ailə üzvlərinin adına mülklərin olması ilə bağlı yazılan xəbərlərdən narazı olduğunu deyib: “Mətbuatda yazılanları da başa düşə bilmirik. Bəziləri nə ixtiyarla Cahangir Hacıyevi “Canik” adlandırır?! Onlar sarı mətbuatdır. Bütün yazılanlar yalandır. Bəs, yazmışdılar ki, təyyarələri, villaları tapılıb? İndi bunlar niyə ortaya çıxmadı? Heç biri də sübut olunmadı. İstintaq bitəndən sonra Cahangir özü də, vəkilləri də materialları oxuyub. Bir dənə də istintaq materiallarında onun günahkar olduğunu sübut edən məqam yoxdur. Bunu görən Cahangir Hacıyev də müstəntiqlərə sual verib. Müstənqtiqlər də deyiblər ki, “biz nə edək? Biz heç nə tapmadıq. Verək məhkəməyə. Məhkəmə nə qərara gələrsə, gələr”. Bu nə dərəcə doğrudur? Bu məhkəmə də, istintaq da saxtadır”.

Əminə Hacıyeva digər sualları belə cavablandırıb:

- Sizcə bu həbsin səbəbi nədir?

- O, günahkar deyil. Mən bunu bir bacı kimi yox, Azərbaycan vətəndaşı kimi deyirəm. Cahangir günahsızdır. Nə bir qəpik onun cibinə girib, nə də ki, bizim deyildiyi kimi mülklərimiz var. Bizim heç nəyimiz yoxdur. Gəldilər, baxdılar. Bağımızı da, evimizi də gördülər. Yalandan yazıldığı kimi, Çexiyada villalar yoxdur. Bunun hamısı böhtandır. Bu işlər elə birinci gündən maliyyə naziri tərəfindən quramadır. Öz təqsirlərini, günahlarını seçib bir nəfərin üstünə atdılar. Buna görə də yazıq Cahangiri seçdilər.

- Cahangir Hacıyev də məhkəmədəki çıxışlarında maliyyə naziri Samir Şərifovu günahlandırırdı. Sizcə onlar arasında olan şəxsi münasibətlərdə hansısa bir problem var idimi? Siz bundan məlumatlı idinizmi?

- Cahangir mənim doğma qardaşımdır. Cahangir ağıl baxımından onların hamısından yüksək idi. Beynəlxalq dərəcəli iqtisadçı idi, Amerikada iqtisadiyyat universiteti bitirmiş bir insandır. Əlbəttə ki, bizim bəzi paxıl insanlarımızın gözü bunu götürmürdü. Cahangiri elə ilk gündən həmin paxılların gözü götürmürdü. İlk gündən ona böhtan atırıdlar.

- Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmədəki çıxışında onun həbsindən sonra ailə üzvlərinə təzyiqlərin olduğunu demişdi. Söhbət hansı təzyiqlərdən gedir?

- Mənim ölkədən çıxışıma “stop” qoyulub. Bu da təzyiqdir. Yəqin ki, mən Cahangirin bacısı olduğum üçün ölkədən çıxşıma qadağa qoyulub. Bu nə dərəcədə qanunidir? İkincisi, bizim ailədə Cahangirin kartından götürülən pullar səhmlərə yönəldilib. Ancaq bankın "Mərkəz" filialının müdiri olan Anar Sultanov məhkəmədə bunu demədi, qorxdu. Ailə üzvlərinin adına səhmlər alınıb ki, onlar dağılmasın və bankın içində qalsın. Cahangir Hacıyev özü də dedi ki, bu, kapitalın artırılması üçün edilib.

- Sizin adınızda da səhimlər olubmu?

- Bəli, var. Mənim, qızlarımın, hamımızın adına səhmlər olub. Ancaq bank indi bunları vermir. Bank rəsmi şəkildə bunları verməlidir. İndi də mənə verilən məxaric orderində imzamı saxtalaşdırıblar. Həmin orderdə tarixi də saxtalaşdırıblar. Qeyd edilib ki, guya bizə pul verilib, amma biz bunu gizlədirik. Necə milyonları veriblər? Parkda, Bulvarda, küçədə? Harda veriblər bizə bu milyonları? Əgər bu pul verilibsə, deməli, biz banka getmişik. Bankda kameralar var. Bunu sübut edə bilərlər. Ancaq biz nə tələb etsək, gizlədirlər. Sənədləri vermirlər. Deyirlər ki, belə olmaldıır. Bankın indiki rəhbərliyi Samir Şərifovun ağzına baxır. Qardaşım Samir Şərifovun ağzına baxmırdı. Ona görə də lazım idi ki, tez onu oradan çıxarsın. Və çıxardı da.

- Azərbaycanda olan ailə üzvlərindən başqa kimlərə “stop” qoyulub?

- Mənə də, qızıma da “stop” qoyulmuşdu. İndi qızıma qoyulan bu qadağa aradan qaldırılıb. Bütün əmlakımıza da həbs qoyulub. Mən bunu ilk dəfədir deyirəm. Bizim anamız rəhmətə gedib. Mən onun varisiyəm. Ancaq reyster xidmətinə deyilib ki, Əminə Hacıyevaya çıxarış verməyin. Və mən vərəsəlik ala bilməyim. Anamın iki övladı var. Cahangir və mən. Cahangir özü varis olmaqdan imtina edib. Bizim aramızda belə söhbətlər yoxdur. Ancaq o, həbsdə olaraq bundan imtina etdi. Cahangirin payını vermirlər, bəs hansı ixtiyarla mənim də payımı vermirsiniz? Mən ömrümdə bircə dəfə də olsun kredit götürməmişəm. Mənim özümün tər-təmiz səhmlərim var. Ancaq onu da mənə vermirlər.

- Cahangir Hacıyevin xanımı ilə əlaqə saxlayırsınızmı?

- Onun barəsində həbs qərarı çıxarılıb və axtarışdadır. Ancaq bu adam necə cinayətkar bir dəstənin üzvü kimi göstərilə bilər ki, o, 10 ildir xaricdədir. O, xarici ölkə vətəndaşıdır. Ağ sapla torba tikiblər. Onda sabah Roma Papasının da işində bir təqsir olarsa, gəlib desinlər ki, günah Cahangirdədir.
 Cahangir Hacıyevin bacısından Samir Şərifova sərt ittihamlar: "Qardaşım Şərifovun ağzına baxmırdı deyə cəzalandırıldı"
 Cahangir Hacıyevin bacısından Samir Şərifova sərt ittihamlar: "Qardaşım Şərifovun ağzına baxmırdı deyə cəzalandırıldı"