BolgeXeber.Com » İdman » Güləşçilərimizin Olimpiya medalları əllərindən alınacaq? – Dopinq qalmaqalı(VİDEO)

Güləşçilərimizin Olimpiya medalları əllərindən alınacaq? – Dopinq qalmaqalı(VİDEO)

31-08-2016, 09:55
Oxunub: 4 103 Güləşçilərimizin Olimpiya medalları əllərindən alınacaq? – Dopinq qalmaqalı(VİDEO)Güləş Federasiyası idmançımızda dopinq aşkarlanması ilə bağlı xəbərə münasibət bildirib

Azərbaycan güləşçiləri dopinqdə ilişə bilər. Bu gün belə bir iddia ilə Amerika Birləşmiş Ştatlarının güləş saytlarından biri çıxış edib. İddianın reallığa nə qədər yaxın olub olmadığına münasibət öyrəndik.

Amerika Birləşmiş Ştatlarının florestling.org saytının iddiasına görə, 2012-ci il London olimpiadasının gümüş mükafatçısı rusiyalı güləşçi Besik Kuduxovun dopinq testinin təkrar yoxlaması müsbət nəticə verib. Bu isə Kuduxovun gümüş medalının əlindən alınacağı anlamına gəlir. Xatırladaq kı Besık kuduxov 60 kq çəki dərəcəsinin finalında məhz həmyerlimiz toğru əsgərova uduzmuşdu.

Eyni səbəbdən onunla yanaşı 2008-ci il Pekin olimpiadasının qalibi Artur Taymazovun da medalı əlindən alınıb və yaxın zamanlarda finaldakı rəqibi rusiyalı Baxtiyar Axmedova veriləcək.

Saytın iddiaları bununla da yekunlaşmır. Bildirilir ki, dopinqdə ilişənlər arasında 2008-ci il pekin və 2012-ci London olimpiadalarında medal qazanmış Azərbaycan, Qazaxıstan və Ukrayna idmançıları da olacaq. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, 2008-ci pekin olimpiadası zamanı yunan-roma yığmamızın baş məşqçisi olmuş Elçin Cəfərov məsələyə münasibət bildirdi.

xezerxeber.com