BolgeXeber.Com » Xəbərlər » Özbəkistan prezidenti İslam Kərimov öldü... -Rəsmi

Özbəkistan prezidenti İslam Kərimov öldü... -Rəsmi

2-09-2016, 13:14
Oxunub: 2 132 Özbəkistan prezidenti İslam Kərimov öldü... -RəsmiÖzbəkistanın ilk prezidenti İslam Əbdülqənioviç Kərimov 78 yaşında vəfat edib

Özbəkistanın ilk prezidenti İslam Əbdülqənioviç Kərimov 78 yaşında vəfat edib.
Bolgexeber.com-un xəbərinə görə, "Reuters" agentliyi bu məlumatı üç diplomatik qaynağa istinadən yayıb.
Bundan başqa, dünyanın digər məşhur KİV-ləri də öz qaynaqlarına istinadən xəbəri tirajlayıb.
Qeyd edək ki, İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, keçmiş SSRİ-də Özbəkistan Kommunista Partiyasının I katibi (1989-1991) olub. 1990-cı ildən isə ölkənin prezidenti idi. İ.Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edib.