BolgeXeber.Com » Dünya » Ərdoğan istefaya getməyə hazırdır

Ərdoğan istefaya getməyə hazırdır

1-12-2010, 23:55
Oxunub: 5 861
Bu, "WikiLeaks" saytında onun haqqında yazılanların sübuta yetiriləcəyi təqdirdə mümkündür

"WikiLeaks" saytında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan haqqında yazılanlar həqiqət olsa, o istefa verə bilər. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. “Haradadır bunun sübutu? Mənim üçün o dəlilləri göstərin. Amma belə bir şeyi tapa bilməyib, sadəcə atılan böhtan üzərindən cəhd edib, məndən bunun sübutunu istəmək qədər cəhalət ola bilərmi? Mən nəyi sübut edəcəm, olmayan şey sübut olunarmı?”,- deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

İsveçrə bankında bir qəpik də pulu olmadığını iddia edən Türkiyə baş naziri ana müxalifət liderlərinə, eləcə də digərlərinə müraciət edərək bildirib ki, belə bir şeyi sübut olunsa o, vəzifəsini tərk edəcək.