BolgeXeber.Com » Xəbərlər » Yardımlıda 12 yaşlı uşaq özünü bıçaqlayıb

Yardımlıda 12 yaşlı uşaq özünü bıçaqlayıb

3-09-2016, 10:27
Oxunub: 2 053 Yardımlıda 12 yaşlı uşaq özünü bıçaqlayıbYardımlı rayon sakini bıçaqlanma diaqnozu ilə bu gün səhər saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına daxil olub

Bolgexeber.com-un APA-ya istinadla məlumatına görə, rayonun Arvana kənd sakini, 2002-ci il təvəllüdlü Əliş Aslan oğlu Süleymanov dərhal əməliyyat blokuna götürülüb, hazırda həkimlər onun yaralarının tikilməsi, digər zəruri yardımların göstərilməsinə cəlb olunublar.

Yardımlı Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın yerli bürosuna 12 yaşlı uşağın bıçaqlanmasının ehtiyatsızlıq səbəbindən zərərçəkmişin özü tərəfindən törədildiyi bildirilib.