BolgeXeber.Com » Şou-Biznes » Fatimədən müdirə SƏRT SÖZLƏR: "Dilini sox qarnına, səni..."

Fatimədən müdirə SƏRT SÖZLƏR: "Dilini sox qarnına, səni..."

3-09-2016, 10:29
Oxunub: 3 603 Fatimədən müdirə SƏRT SÖZLƏR: "Dilini sox qarnına, səni..."Bəstəkarlar İttifaqının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İltifat Hacıxanoğlunun rəqqasə Fatimə barədə söylədiyi fikirlərə cavab özünü çox gözlətməyib

Publika.az-a açıqlama verən Fatimə qarşı tərəfi məhkəmə ilə hədələyib:

"Sən kimsən axı mənim barəmdə ağzına gələni yazırsan? Mən gəncliyimdə oriental oynamışam, belə əcəb eləmişəm. Oriental oynamaq əxlaqsızlıq demək deyil ki. Oynamışam, ailəmi saxlamışam. Səni paxıllıq niyə belə yandırıb-yaxır? Fatimənin dalbadal verdiyi konsertlər, dünya çapında çıxışları, günü-gündən artan toyları səni niyə belə narahat edir?

Mən "Space" televiziyasına aparıb pul verməmişəm ki, gəlin məni çəkin, sağ olsun, rəhbərliyi sənətimə dəyər verib, ad günümü qeyd ediblər. Düz üçüncü dəfədir ki, o veriliş təkrar efirə gedir, çünki xalq məni çox istəyir. Sən kimsən, məni təhqir edirsən, elə eləmə, gəlib səni orada başa salaram, məhkəmədə mənə cavab verməli olarsan. Dilini sox qarnına, otur yerində".

Qeyd edək ki, Bəstəkarlar İttifaqının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İltifat Hacıxanoğlu "Space" kanalının efirində rəqqasə Fatimənin ad gününə həsr edilən verilişi barədə sosial şəbəkədə belə yazıb: "Gör nə günə qaldı "Space TV", rəqqasə Fatiməyə ad günü keçirir. Oriental Fatiməyə. Məncə, ANS-i açıb, "Space"i yenidən yaratmaq lazımdır. Akademik sənəti kolxoz, sovxoz, bar səviyyəsinə endirən, atana lənət. Mən bundan sonra "Space TV"də Rəqsanənin bacısına ad günü keçirilsə, təəccüblənmərərm... Rəqqasə axtarırsınız, gedin Opera və Balet Teatrının o boyda xalq artistləri var, onlara ad günü keçirin. Bu kənd təsərrüfatı ünsürlərini yığışdırın efirdən".