Azərbaycanda ödəniş terminalları çökdü
3-09-2016, 13:17
Oxunub: 6 089
Azərbaycanın iki aparıcı ödəniş sistemi - "E-manat" və "MilliÖn"ün işində çətinliklər yaranıb
Bolgexeber.com Report-a istinadən xəbər verir ki, Bu şəbəkələrə aid ödəniş terminallarının xidmətindən istifadə edən zaman aparatların monitorunda sistemin müvəqqəti işləmədiyi deyilir.
Son nəticədə vətəndaşlar bank, kommunal, rabitə və digər ödənişləri həyata keçirə bilmirlər.
Qeyd edək ki, "E-manat" teminalları "Modenis" MMC-yə, "MilliÖn" terminalları isə "Komtek" MMC-yə məxsusdur.
Məsələ ilə bağlı "Report"a açıqlama verən "Modenis" şirkətinin direktor müavini Vüsal Süleymanov bildirib ki, ara-sıra bəzi terminalların işində fasilə yaranması mümkündür, amma problem kütləvi deyil: "Terminal kompüter sistemi ilə təchiz olunub, hərdən bəzi terminallarımızda fasilə ola bilər, lakin hazırda əksər terminallarda ödənişlər qəbul edilir və ünvanına çatır".
"Komtek" MMC-nin PR meneceri Ülviyyə Əfəndiyeva isə "Report"a açıqlamasında deyib ki, hazırda təmsil etdiyi şirkət proqram təminatını yeniləyir: "Bu baxımdan terminalların işində çətinliklər mümkündür, amma tezliklə onlar aradan qaldırılacaq və terminallar normal qaydada işləyəcək".
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər