BolgeXeber.Com » Bölgə » Qəbələnin icra başçısı qaçqın ailəsinə qənim kəsilib... - VİDEOFAKT

Qəbələnin icra başçısı qaçqın ailəsinə qənim kəsilib... - VİDEOFAKT

5-09-2016, 10:07
Oxunub: 3 341 Qəbələnin icra başçısı qaçqın ailəsinə qənim kəsilib... - VİDEOFAKTQəbələ rayonunun Nic kəndində məskunlşan Ağdam rayonundan məcburi köçkün olan bir ailə Azinforum.az İnformasiya Portalına müraciət edərək, üzləşdikləri acınacaqlı durum barədə məlumat verib

1993-cü ildən Ağdamın Xıdırlı kəndindən Qəbələyə pənah gətirən Mehdiyeva Zabilə Qara qızı bizə bildir ki, hazırda onların ailə üzvlərinin sayı 10 nəfərə çatıb: “Mənzil şəraitimizin acınacaqlı olduğu səbəbindən müraciət etmədiyimiz dövlət qurumu qalmayıb. Buna baxmayaraq, Qəbələ rayonunda məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə belə bizi mənzillə təmin etmədilər. Hazırda mənim böyük oğlum üç övladı ilə kirayədə yaşayır. Ancaq bunu da ona çox görürlər.
Sizə onun acınacaqlı mənzil şəraitini əks etdirən videomaterial da göndəririk. Qəbələ Rayon İcra Hakmiyyəti də bizim şikayətlərimizə biganə yanaşır. Mənim oğlum hərbi şəhərcikdə kirayə qaldığı mənzildən aylıq pulu ödəyə bilmədiyi səbəbindən çölə atılıb. İcra hakimiyyəti əvvəl bildirdi ki, həmin mənzillər onların balansında deyil. Ancaq bizdə olan məlumata görə, şəhərcikdə olan mənzillərin əksəriyyəti hazırda İcra Hakimiyyətinin balansına verilib. Araşdırsanız görərsiniz ki, həmin mənzillərin çoxu yerli məmurlar tərəfindən kirayəyə verilir. Görün, nə günə qalmışıq? Məcburi köçkün məmurun özünə lazım olmayan evində kirayədə yaşamağa məcburdur. Küçədə qalmamaq üçün, biz məcbur olub şəhərcikdə olan boş mənzillərdən birinə sığındıq. Sizi inandırım ki, normal insan həmin şəraitdə yaşamaz.

Qəbələ rayonunun Nic kəndində məskunlşan Ağdam rayonundan məcburi köçkün olan bir ailə Azinforum.az İnformasiya Portalına müraciət edərək, üzləşdikləri acınacaqlı durum barədə məlumat verib. 1993-cü ildən Ağdamın Xıdırlı kəndindən Qəbələyə pənah gətirən Mehdiyeva Zabilə Qara qızı bizə bildir ki, hazırda onların ailə üzvlərinin sayı 10 nəfərə çatıb: “Mənzil şəraitimizin acınacaqlı olduğu səbəbindən müraciət etmədiyimiz dövlət qurumu qalmayıb. Buna baxmayaraq, Qəbələ rayonunda məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə belə bizi mənzillə təmin etmədilər. Hazırda mənim böyük oğlum üç övladı ilə kirayədə yaşayır. Ancaq bunu da ona çox görürlər.