BolgeXeber.Com » Gündəm » Quru Qoşunlarının hərbçi sürücüsü vətəndaşa vurduğu ziyanı ödəmək istəmir – ŞİKAYƏT

Quru Qoşunlarının hərbçi sürücüsü vətəndaşa vurduğu ziyanı ödəmək istəmir – ŞİKAYƏT

5-09-2016, 16:18
Oxunub: 3 677 Quru Qoşunlarının  hərbçi sürücüsü vətəndaşa vurduğu  ziyanı ödəmək istəmir – ŞİKAYƏT"Bəlkə çavuş Rasim Əliyev kimlərəsə arxayındır deyə belə haqsızlıq edir,ancaq mən qanunlarımıza və dövlətimizə arxalanıram"

Xaçmaz rayonundan Bolgexeber.com-un redaksiyasına şikayət məktubu daxil olub. Gunxeber.com həmin məktubu təqdim edir:
“Hörmətli redaksiya ,mənim şikayətim Azərbaycan Quru Qoşunlarının Qusar rayonunda yerləşən hərbi hissəsinin sürücüsü –müddətdən artıq xidmətdə olan çavuş Rasim Əliyevdəndir. Belə ki,bu şəxs bu ilin avqustun 23-də saat 10:00 radələrində idarə etdiyi ,hərbi hissəyə məxsus K-923-QQ dövlət nömrə nişanlı MAZ” markalı yük maşını ilə mənim idarə etdiyim və mənə məxsus olan “Mersedes-230″ markalı, 27-BC-910 nömrəli avtomaşınımı arxadan vurmuş və nəticədə maşının krılosu zədələnmiş və stopu qırılmışdır.Bir sözlə maşınıma 100 manata qədər ziyan dəymişdir.Lakin Qusar rayonunda yerləşən hərbi hissəsinin sürücüsü olan bu şəxs indiyəcən mənə dəyən zərəri ödəməyib və belə başa düşürəm ki,ödəmək fikri də yoxdur.Dəyən ziyan çox olmasa da mənim üçün az miqdar deyil.Üstəlik mənə təsir edən bu adamın günahkar ola-ola məni aldatması,telefon zənglərimə cavab verməməsi və məsələyə laqeyd olması və qətiyyən narahat olmamsıdır.Bundan başqa hadisə nəticəsində mən psixoloji sarsıntı keçirmişəm.
Hadisə zamanı mən onunla normal və mədəni surətdə danışmışmışam.
Bu hadisəsənin qısa təfsilatını danışaraq bildirim ki,qəzada mənim heç bir günahım olmayıb.Belə ki,həmin vaxt mən Bakı-Quba trassası ilə öz yolumla – sürət həddinin saatda 110 kilometr icazə verilən sol yolla gedirdim. Yanında gizir oruran Rasim Əliyev isə yol-hərəkəti qaydalarına görə yük maşınlarının saatda 60/70 km sürətlə getməyə icazə verilən sağ yolla getmək əvəzinə sol yolla hərəkət edirdi,ən əsası isə mənə onu keçib ötməyə imkan vemirdi. Mən isə vacib iş üçün Bakıya getdiyimdən tələsirdim. Mən 10 dəqiqəyəcən cürəbəcür işarələrlə -siqnalla, İşıq faraları ilə ona bildirdim ki,mənə yol versin,amma o buna heç cürə imkan vermirdi. Axırda vəziyyəti belə görüb Sitalçay körpüsünə az qalmış mən qərara aldım ki, özüm sağ yola keçim.Lakin bunu edərkən, o da gözlənilmədən bu yola keçdi və avtomobili ilə arxadan maşınıma çırpıldı.Qəza baş verəndən sonra o maşından düşərək məndən dönə-dönə xahiş etdi ki, polisə xəbər verməyim, bəs o dəyən ziyanı görüşüb ödəyəcək və hətta bildirdi bəs”mən hərbçiyəm, kişi kimi söz verirəm . Mənim yalanla aram yoxdur, narahat olma” . Yanındakı gizir də bildirdi ki, bəs verər, Rasim də elə Xudatda qalır. Rasim dedi ki, Bakıdan ərzaq gətircəm hərbi hissə üçün və bazar və ya bazar ertəsi görüşərik dəymiş ziyanı ödəyərəm”.
Yəni o da qəbul etdi ki, günah tam onda olub.Mən də fikirləşdim ki,hadisə daha olub, bununla barımaq lazımdı və əsas da salamatçılıqdır.Nə qarşı tərəfə ,nə mənə , nə də maşınımda olan tanış və hadisənin şahidi olan adama heç nə olmayıb,ona görə də insaniyyət göstərərək razılaşdım,ona inandım.Lakin sonradan məlum oldu ki,o məni aldadırmış.O nəinki dediyi vaxt mənə zəng edərək mənimlə görüşdü,heç mənə verdiyi möbil nömrəyə də (077-526-20-39)
dəfələrlə zəng edəndə telefonu götürmədi.Hətta mən ona müsaj yazdım ki,onun xidmət etdiyi hərbi hissəyə,Müdafiə Nazirliyinə onun barəsində şikayət edəcəm,ancaq yenə də ondan heç bir reaksiya gəlmədi.Bundan sonra, onun vəd verdiyi tarixdən 1 həftə keçəndən sonra mən Qusarda həmin hərbi hissəni tapdım və ora gedib Müdafiə Nazirliyinin Quru Qoşunlarının Qusar rayonunda yerləşən hərbi hissəsinin həmin zaman növbətçisi olan İbrahimov Natiq Firudin oğlundan soruşdum ki , Rasim adlı sürücü onlarda xidmət edirmi?O cavabında mənə bildirdi ki, yox,o belə adam tanımır. Amma mən elə orada divarda yazılan, Quru qoşunların Təhlükəzlik Xidmətinin Qaynar Xəttinə zəng edəndən sonra məni içəri çağırdılar və polkovnik-leytenant olan bir hərbçi dedi ki, mən nahaq yerə Qaynar Xəttə şikayət etmişəm , “bunu elə bizə deyərdiniz özümüz həll edərdik”.Bildirdi ki.onu da zənglə bu məsələyə görə çağırıblar.Mən isə bildirdim ki,yaşlı adamam və neçə saatdır hərbi hissənin qapısında gözləmişəm, mənə heç kimi cavab vermir.Sonradan qapıdan duran növbətçi boynuna aldı ki,Rasim onların hərbi hissəsində xidmət edir.Halbuki bayaqdan deyirdi belə dam ümumiyyətlə tanımır.Daha sonra bir zabit də möbil nömrəmə zəng etdi və Rasimi müdafiə etdi.Sonra mənə dedilər ki,Rasimin imkanı yoxdur, gəlib 30-40 manat verər, məsələ həll olunar.Mən isə bununla razılaşmadım,çünki bu dəyən ziyanı ödəmirdi və həmçinin belə saymamazlıq insan kimi mənə xoş deyildi.
Bəlkə çavuş Rasim Əliyev kimlərəsə arxayındır deyə belə haqsızlıq edir,ancaq mən qanunlarımıza və dövlətimizə arxalanıram. Hörmətli redaksiya xahiş edirəm mənim şikayətimi işıqlandırasınız və mənə ziyan vuran Rasim Əliyev haqda tədbir görülməsində mənə yardımşı olasınız.
Xocabəyzidov Şıxəli , Aşur oğlu
Xaçmaz rayonu,Dadaş Bünyadzadə küçəsi ,ev 32 a sakini 2-ci qrup əlil, Yeni Azərbaycan Partiyasının üzvü
Tel-055-700-13-05″.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Quru Qoşunlarının  hərbçi sürücüsü vətəndaşa vurduğu  ziyanı ödəmək istəmir – ŞİKAYƏT