BolgeXeber.Com » Bölgə » Füzuli rayonunda Qurban bayramı qeyd olunub - Fotolar

Füzuli rayonunda Qurban bayramı qeyd olunub - Fotolar

12-09-2016, 10:51
Oxunub: 3 230 MFüzuli rayonunda Qurban bayramı qeyd olunub - FotolarFüzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən Horadiz şəhərində Qurban kəsilərək şəhər sakinlərinə paylanılmışdır

Bolgexeber.com xəbər verir ki,milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların təntənəsi olan Qurban bayramı İslam dinində xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Respublikamızın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da Qurban bayramı qeyd olunmuşdur.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən Horadiz şəhərində Qurban kəsilərək şəhər sakinlərinə paylanılmışdır. Alı Alıyev şəhər sakinlərini mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə təbrik etmiş, əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulamışdır.
O, cümlədən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə ərazidəki icra nümayəndələri tərəfindən qurbanlar kəsilərək aztəminatlı ailələrə paylanılmışdır.Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.Alı Alıyev N saylı hərbi hissədə olmuş əsgər və zabitləri Qurban bayramı münasibəti ilə təbrik etmiş və onlara qurban sovqatları təqdim etmişdir.