BolgeXeber.Com » Bölgə » Cəlilabad rayonunda Müqəddəs Qurban Bayramı qeyd olundu - Fotolar

Cəlilabad rayonunda Müqəddəs Qurban Bayramı qeyd olundu - Fotolar

13-09-2016, 13:03
Oxunub: 6 661 Cəlilabad rayonunda Müqəddəs Qurban Bayramı qeyd olundu - Fotolar13 sentyabr 2016-ci il tarixdə saat 10:00–da Cəlilabad rayonu Tut bağı istirahət mərkəzində Müqəddəs Qurban bayramı münasibəti ilə tədbir keçirilmişdir

Tədbirdə Cəlilabad Rayon İcra Hakimyyətinin başçısı cənab Əziz Əzizov, hüquq mühafizə orqanlarının rəhbərliyi və rayonun aparıcı müəssisələrinin rəhbərliyi, rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar iştirak etmişdir.Tədbirdə çıxış edən Rayon icra hakimyyətinin başçısı cənab Əziz Əzizov ilk öncə hər kəsi islam dünyasının müqəddəs bayramlarından biri olan Qurban bayramı münasitəti ilə təbrik etmiş və bildirmişdir ki, Ulu Tanrı hər kəsin qurbanını, dualarını, niyyətlərini qəbul etsin. Rayon rəhbəri qeyd etdi ki, bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirməkdir. Qurban bayramı orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi bayramıdır. İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı öz əksini tapır. Əziz Əzizov hər kəsi təbrik etdi və bu bayramın ölkəmiz, dövlətçiliyimiz, xalqımız üçün uğurlu və xeyirli olmasını dilədi.Daha sonra qurbanlıq üçün alınmış heyvanların kəsimi başladı. “Qurban bayramı” münasibəti ilə Qarabağ Müharibəsi şəhidlərinin ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi əlilləri və əmək veteranlarına, tənha və kimsəsiz ailələrə və digər ehtiyaclı şəxslərə qurban payı verildi.Tədbirdə iştrak edən şəxslər veteranlar,mübaribə əlilləri, məcburi köçkünlər və ictimaiyyət nümayəndələri “Qurban bayramı”nın mütəşəkkil kecirilməsinə və imtiyazlı rayon sakinlərinə diqqət və qayğı göstərilməsinə görə Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.Tədbirdə 2000-dən çox nəfərə qurban əti verilmişdir.
Bolgexeber.com
Cəlilabad rayonunda Müqəddəs Qurban Bayramı qeyd olundu - Fotolar
Cəlilabad rayonunda Müqəddəs Qurban Bayramı qeyd olundu - Fotolar
Cəlilabad rayonunda Müqəddəs Qurban Bayramı qeyd olundu - Fotolar
Cəlilabad rayonunda Müqəddəs Qurban Bayramı qeyd olundu - Fotolar