BolgeXeber.Com » İdman » ÇL: “Barselona” və “Bavariya”dan darmadağın, “Beşiktaş” son anda qurtuldu
ÇL: “Barselona” və “Bavariya”dan darmadağın, “Beşiktaş” son anda qurtuldu
14-09-2016, 09:32
Oxunub: 4 082
Çempionlar Liqasında qrup mərhələsi həyəcanı nəhayət ki başladı
Publika.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin 1-ci turunun ilk oyun günündə 4 qrupda - A, B, C və D qruplarında oyunlar keçirildi. Bir oyun isə güclü yağış üzündən təxirə salındı.
Günün ən diqqətçəkən hesabları Barselona və Münhendə qeydə alındı. “Barselona “Seltik”in daşını daş üstə qoymadı – 7:0. “Bavariya” isə turnirdə ilk dəfə çıxış edən “Rostov”a Çempionlar Liqasının sirlərini öyrətdi.
Türkiyənin yeganə təmsilçisi “Beşiktaş” son anda komandanın yeni transferi Taliskanın qolu sayəsində məğlubiyyətdən qaça bildi.
Çempionlar Liqası, 1-ci tur
13 sentyabr
A qrupu
PSJ (Fransa) - Arsenal (İngiltərə) 1:1
Kavani, 1 - Aleksis Sançes, 78.
Bazel (İsveçrə) - Ludoqorets (Bolqarıstan) 1:1
Steffen, 80 - Kafu, 45.
B qrupu
Dinamo (Kiyev, Ukrayna) - Napoli (İtaliya) 1:2
Qarmaş, 26 - Milik, 36; 45+2.
Qırmızı vərəqə: Sidorçuk, 68 (Dinamo K).
Benfika (Portuqaliya) - Beşiktaş (Türkiyə) 1:1
Çervi, 12 – Taliska, 90+3.
C qrupu
Barselona (İspaniya) - Seltik (Şotlandiya) 7:0
Messi, 3; 27; 60. Neymar, 50. İnyesta. 59. Luis Suares, 75; 88.
“Mançester Siti” (İngiltərə) – “Borussiya M” (Almaniya) oyunu güclü yağış üzündən təxirə salınıb.
D qrupu
Bavariya (Almaniya) - Rostov (Rusiya) 5:0
Levandovski, 28-pen. Müller, 45+2. Kimmix, 53; 60. Bernat, 90.
PSV (Hollandiya) - Atletiko (İspaniya) 0:1
Saul, 43.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər