BolgeXeber.Com » Bölgə » Füzulidə Bilik günü qeyd olundu-FOTO

Füzulidə Bilik günü qeyd olundu-FOTO

15-09-2016, 12:35
Oxunub: 4 257 Füzulidə Bilik günü qeyd olundu-FOTO15 sentyabr yeni tədris ilinin başlanması - Bilik günü respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da qeyd olunmuşdur

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 15 sentyabr - bilik günü münasibəti ilə Horadiz şəhərində 3 nömrəli tam orta məktəbdə olmuş, məktəbin müəllim, şagird kollektivi və valideynlərlə görüşmüşdür.
Alı Alıyev məktəbin müəllim və şagirdlərini 15 sentyabr yeni tədris ilinin başlanması- bilik günü münasibəti ilə təbrik etmişdir. Alı Alıyev demişdir: - Minilliklərin süzgəcindən keçərək yaddaşlarda yaşamaqda olan məlum bir həqiqət var ki, bu insanları səadətə, xoşbəxtliyə aparan bütün yolların məktəbdən başlanmasıdır. Hər bir xalqın varlığı onun məktəbinin necəliyi, müəlliminin kimliyi ilə müəyyən edilir. O xalq xoşbəxtdir ki, onun yaxşı məktəbləri, müdrik müəllimləri vardır. Füzulililər də xoşbəxtdirlər ki, onların yaxşı məktəbləri, yaxşı müəllimləri vardır.
Alı Alıyev qeyd etmişdir ki, dövlət tərəfindən yaradılan şəraitin nəticəsidir ki, rayonumuzun şagirləri ildən ilə ali məktəblərə keçirilən qəbul imtahanlarda yüksək nəticələr əldə edirlər. “Ötən tədris ilində rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1100 məzundan 540 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd vermişdir. Məzunlardan 316-si respublikanın müxtəlif ali məktəblərinə, 130-u isə orta ixtisas məktəblərinə qəbul olunublar. Tələbə adını qazanan gənclərdən 29 nəfəri 500-dən, 21 nəfəri isə 600-dən çox bal toplayıb”-deyə Alı Alıyev vurğulamışdır.
Alı Alıyev birinci sinifə qədəm qoyan şagirdləri bir daha təbrik etmiş, onlara uğurlar arzulamışdır. Alı Alıyev məktəblilərə elmə, biliyə daha dərindən yiyələnməyi tövsiyyə etmişdir.
Çıxış edənlər ölkəmizdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, respublikamızda, o cümlədən, Füzuli rayonunda təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən danışdılar.
Müəllimlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Bolgexeber.com
Füzulidə Bilik günü qeyd olundu-FOTO
Füzulidə Bilik günü qeyd olundu-FOTO
Füzulidə Bilik günü qeyd olundu-FOTO
Füzulidə Bilik günü qeyd olundu-FOTO
Füzulidə Bilik günü qeyd olundu-FOTO
Füzulidə Bilik günü qeyd olundu-FOTO
Füzulidə Bilik günü qeyd olundu-FOTO