İmişlidə yeni məktəb binası istifadəyə verildi-FOTO
15-09-2016, 15:26
Oxunub: 4 478
Məzrəli kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılışı olmuşdur
Bolgexeber.com xəbər verir ki,Məzrəli tam kənd orta məktəbinin əsaslı təmirinə 2015-ci ilin dekabr ayında start verilmişdir. 640 şagird yerlik və 27 sinif otağı olan məktəb binası ən müasir tələblər səviyyəsində əsaslı təmir edilərək bu ilin avqust ayında təhvil verilmişdir. Binanın daş divarlarından başqa qalan hissəsi yenidən qurulub. Dam örtüyü, qapı və pəncərələri dəyişdirilib, döşməsi, fasadı yenidən qurulub. Məktəb binası dayanıqlı istilik və enerji ilə də təmin edilərək günün tələblərinə uyğunlaşdırılmışdır. Otaqlar həmçinin, inventar və dərs ləvazimatı ilə də təchiz olunub. Məktəbdə idman və akt zalı, kitabxana, kompüter otaqları da fəaliyyət göstərəcək. Açılış mərasimində çıxış edən İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev kənd sakinlərinə gözaydınlığı verib. Bildirib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində son on ildə rayonda 30 yeni məktəb binası inşa edilib, 15 məktəb isə əsaslı təmir olunub. Bununla da rayonda təhsil ocaqlarının yenidən qurulması işləri 90 faiz həllini tapıb. Digər çıxış edən kənd sakinləri, ağsaqqallar da öz növbəsində göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq ediblər. Sonda məktəbin sinif otaqları ilə tanışlıq olub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər