BolgeXeber.Com » Gündəm » “Azyaşlı FastFood qurbanları” - VİDEO

“Azyaşlı FastFood qurbanları” - VİDEO

16-09-2016, 16:21
Oxunub: 2 918 “Azyaşlı FastFood qurbanları” - VİDEOSon illər “FastFood” məhsullarının həyatımızdakı mövqeyi daha da möhkəmlənib

Dünyaca məşhur markaların müxtəlif ölkələrdə inşa etdiyi obyektlər şəhərin mərkəzi küçələrindən keçib-gedən insanları qeyri-iradi olaraq cəlb edir. Əsasən, azyaşlı uşaqlar bu qoxu qarşısında aciz qalır və bu yeməklərdən dadmağa çalışırlar.
BTV.AZ bildirir ki,sentyabr ayının 14-də, günorta saat 16-00 radələrində 3 azyaşlı uşaq valideynləri ilə birlikdə “28 May” metrosu yaxınlığındakı “KFC” filiallarının birinə nahar etməyə gediblər. Burda təqdim olunan nugget, free və digər qida məhsullarından dadıb, qazlı içkilərdən istifadə ediblər.
Təxminən yarım saat sonra evə yollanan ailələr uşaqlarda şübhəli bir şey hiss etməyiblər. Gün ərzində heç bir dəyişiklik hiss etməsələr də, axşam radələrində onların səhhəti pisləşib. Səhər saatlarına qədər vəziyyətin stabil olduğunu görüb, saat 9-da uşaqları xəstəxanaya aparıblar.
Orada ilkin tibbi müdaxilələr edildikdən sonra uşaqların durumu yüngülləşdiyi üçün evə yazıblar. Evdə keçən vaxt ərzində xəstələr yaşıl rəngli maye qaytarmağa başlayıblar. Şok vəziyyəti yarandığı üçün ailə Təcili Tibbi Yardım çağırıb.
Yenidən palataya yatırılan uşaqlara əlavə tibbi avadanlıqlar qoşulub, süni tənəffüs verilib. Onların durumu nisbətən yaxşılaşıb.
Bolgexeber.com