BolgeXeber.Com » Gündəm » Sabirabadda Kürdə batan 20 yaşlı qızın axtarışında FHN-dən laqeydlik?-NARAZILIQ

Sabirabadda Kürdə batan 20 yaşlı qızın axtarışında FHN-dən laqeydlik?-NARAZILIQ

16-09-2016, 17:17
Oxunub: 3 482 Sabirabadda Kürdə batan 20 yaşlı qızın axtarışında FHN-dən laqeydlik?-NARAZILIQArtıq hər yerdən ümidini üzən Polad bəy mətbuatın işıqlandırması ilə hadisəyə daha ciddi münasibət bəslənəcəyinə inandığını bildirdi

Sentyabr ayının 13-də, Sabirabad rayonunun “Narlıq” kəndində itkindüşmə hadisəsi qeydə alınıb. Rayonun 1996-cı il təvəllüdlü gənc sakini Qəhrəmanova Sevanə Polad qızı Kür çayına getmiş, daha sonra ondan xəbər tutmaq mümkün olmamışdır.
Uzun aradan sonra Sevanənin evə qayıtmadığını görən valideynlər qızı axtarmağa başlayıblar. Lakin bu axtarış yaxşı nəticə verməyib. Gənc qızın atası Polad bəy təlaşlandığı üçün Fövqalədə Hallar Nazirliyinə müraciət edərək işçi qrupu və texnika tələb edib.
BTV xəbər verir ki,Polad bəylə telefon danışığı zamanı məlum oldu ki, göndərilən işçi qrupu 3 gündür hadisə baş verən ərazidə əməliyyat aparır və hər dəfəsində əliboş qayıdır. Bu gün səhər saatlarında yenə əməliyyat üçün Kür çayına çıxmış katerlərdən birinin xarab olması Qəhrəmənovlar ailəsinə yeni sıxıntı yaşadıb. İşçilərin hadisəyə göstərdiyi soyuq münasibət kənd sakinlərinin də söz-söhbətinə səbəb olub.
Şikayətçi həmçinin bu nüansları da qeyd etdi:
Zəng etdiyi digər məsul qurumlardan da qənaətbəxş cavab ala bilməyən şikayətçini övladının aqibəti maraqlandırır. Geridə qalan 3 gün ərzində heç bir yenilik olmaması ailə fərdlərini narahat edir.
Artıq hər yerdən ümidini üzən Polad bəy mətbuatın işıqlandırması ilə hadisəyə daha ciddi münasibət bəslənəcəyinə inandığını bildirdi.

Bolgexeber.com