BolgeXeber.Com » Gündəm » Rafil Hüseynovun Masallı idarəçiliyi: zavoddan tutmuş, mağazaya qədər obyektlər toplusu…

Rafil Hüseynovun Masallı idarəçiliyi: zavoddan tutmuş, mağazaya qədər obyektlər toplusu…

19-09-2016, 13:24
Oxunub: 3 725 Rafil Hüseynovun Masallı idarəçiliyi: zavoddan tutmuş, mağazaya qədər obyektlər toplusu…Masallı rayonu respublikamızın cənub bölgəsində yerləşən ən böyük rayonlardan biridir

Əfsuslar olsun ki, Rafil Hüseynov bu rayona icra başçısı gələndən bu rayon günü gündən tənəzzulə uğrayır. Əhalidə günü gündən narazılıqlar yaranır. Prezident Adminstrasyasına ən çox şikayət məhz Masallı rayonun icra başçısındandır. İcra başçısı Rafil Hüseynov rayonu özəl mülkünə çevirib. Bununla bağlı cumhuriyyet.az olaraq aakupress.az tərəfindən yayımlanan iddiaları olduğu kimi diqqətinizə çatdırırıq:
“Bundan əlavə Masallının icra başçısı Rafil Hüseynovun rayonda özünə əsas gəlir sahələri yaratdığı kimsəyə sirr olan məsələ deyil. Bildirək ki, Masallıda icra başçısının bir sıra pul gətirən obyektləri var. Onların sırasında zavoddan tutmuş, mağazaya qədər hər şey sıralanıb. Həmin siyahını olduğu kimi diqqətinizə çatdırırıq. Rafil Hüseynovun obyektlərindən biri Oncaqala kəndində yerləşən «Rahat Market» çörək zavodudur. Hazırda aşağı keyfiyyətdə çörək bişirən zavodun məhsulları əsasən camaata dəyərindən çox ucuza satılır. Və icra başçısı da bu hərəkəti «yoxsul ailələrə yardım» kimi təqdim etməyə çalışır. Əslində isə həmin zavodun istehsal etdiyi çörək istifadəyə yararsız haldadır.
İcra başçısının Masallıda ələ keçirdiyi ikinci ən böyük obyekt isə Təzə Alvadı kəndində yerləşən Asfalt Zavodudur. Bu zavoda iş adamı Xudayar Rəhimovla şərikdir. Qeyd edək ki, bu zavod ancaq «dövlət tapşırıqları»nı yerinə yetirməklə məşğuldur. Belə ki, hər hansı bir kəndə asfalt yolun çəkilməsi lazımdırsa, bunu mütləq həmin zavod həyata keçirməlidir. Eyni zamanda, yolun çəkilişi üçün «şirinlik» də lazım gəlir və həmin məbləğ də 15 min manatdan aşağı olmur.
Bundan başqa, Rafil Hüseynov bir sıra işlərə də start verib. Məsələn, icra başçısı «İsti Su» Sanatoriyasının ərazilərinə Şıxlar kəndi yaxınlığında özünə torpaq sahəsi alıb. Hazırda bu əraziyə asvalt yol çəkilir. R.Hüseynovun X.Rəhimovla şərikli bir obyektidə Yardımlı yolu üstə olan “REXO” istirahət mərkəzidir. Bir sözlə rayon Rafil Hüseynovun özəl mülkü hesab olunur.Adı bir çox qalmaqallarda hallanan işdə məhəbbət macərasından tutmuş,korupsiyyaya qədər uzanan icra başçısına niyə göz yumulur?”
Araşdırmamız davam edir…
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…