"Bakılı qızlar Tarık Akan kimi sevgili axtarırdılar"
17-09-2016, 10:41
Oxunub: 5 387
Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış aktyoru Tarık Akan bu gün səhər saatlarında dünyasını dəyişib
Türk filmlərinin əfsanəsi hesan olunan Akanın ölümü onun azərbaycanlı pərəstişkarlarını da məyus edib. O, “Yeşilcam” filmlərindəki rolları ilə ölkəmizdə də böyük məhəbbət qazanmışdı.
Azərbaycanın tanınmış aktyorları Tarık Akanla bağlı təəssüratlarını AzVision.az-la bölüşüblər.
Xalq artisti Firəngiz Mütəllimova Tarık Akanla bir neçə dəfə görüşmək istəsə də alınmayıb: “Tarık Akanı filmlərindən tanıyıram. Onu bir aktyor kimi çox istəyirdim. Sözün açığı, Tarık ən sevdiyim aktyorlardan biri olub. Onun xərçəng xəstəliyinə tutulduğunu eşidəndə çox pis oldum. İnanmazdım ki, Tarık Akan dünyasını belə tez dəyişər. Onun Bakırköydə çayxanası var idi. Tarıkı görmək üçün dəfələrlə o çayxanadan keçmişəm. Ancaq iş elə gətirib ki, mən oradan keçəndə aktyor həmin yerdə olmayıb. Həyatda onu görə bilmədim. Həmişə Tarık Akan deyəndə gözümün önünə “Mavi boncuk” gəlir”.
Aktyor Ramiz Novruzovun fikrincə, Tarık Akın vaxtilə Bakıda qızların kumiri olub. “Həmişə onun Türkan Şorayla, Cüneyd Arkınla birgə çəkildiyi filmlərinə baxmışam.
Azərbaycanlı qızlar ona heyran idilər, sevgililərinin, nişanlılarının ona bənzəməsini, onun kimi geyinməsini istəyirdilər. Tarık çox güclü aktyorluqdan əlavə, güclü şəxsiyyət olub. Bütün qızlar onun kimi tərəf müqabili, sevgili axtarırdılar”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər