BolgeXeber.Com » Gündəm » Şəhid xanımı prezidentə müraciət etdi:"Şəhid ərimin sığorta pulunu vermirlər!"

Şəhid xanımı prezidentə müraciət etdi:"Şəhid ərimin sığorta pulunu vermirlər!"

20-09-2016, 13:38
Oxunub: 4 005 Şəhid xanımı prezidentə müraciət etdi:"Şəhid ərimin sığorta pulunu vermirlər!"Şəhid xanımı Novruzova Familə Əlvənd qızı prezidentə müraciət edib

Müraciətin bir surətini o readksiyamıza göndərib. Şəhid xanımın Bolgexeber.com-un poçtuna ünvanladığı prezidentə müraciətin surətini sizə təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ:
AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRİ.
CƏNAB FİKRƏT MƏMMƏDOVA.

ALİ MƏHKƏMƏNİN SƏDRİ.
CƏNAB RAMİZ RZAYEVƏ.

BİNƏQƏDİ RAYON MƏHKƏMƏNİN SƏDRİNƏ.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SIĞORTA KOMMERSİYA ŞİRKƏTİNİN SƏDRİ
CƏNAB MƏMMƏD MƏMMƏDOVA.

Xoçalı rayonundan məcburi köçkün, müvəqqəti Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R. Abdullayev küçəsi, ev-2, mənzil 5-də yaşayan, mərhum Novruzov Əvəz Əli oğlunun həyat yoldaşı Novruzova Familə Əlvənd qızı tərəfindən.

Ə r i z ə
Hörmətli Cənab Prezident !

Bildirmək istəyirəm ki, həyat yoldaşım 12 mart 1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur, 2000-ci ildə hərbi xidmət zamanı çoxsaylı güllə yarasından hələk olması barəsində Şəhadətnamə verilmişdir. Lakin dəfələrlə Dövlət Komersiya Sığorta şirkətindən mərhum həyat yoldaşımın varisi kimi mənə 11000 manat sığorta ödənişi edilməsi barədə müraciətimə baxılmamışdır. Sonda məcbu qalıb Binəqədi rayon Məhkəməsinə müraciət etdim, 14 aprel 2014-cü il tarixdə Binəqədi rayon Məhkəməsi Qətnamə qəbul etdu ki, 11000 manat Dövlət Komersiya Sığorta şirkəti tərəfindən sığorta ödənişi verilsin və Qətnamə qanuni qüvvəsini almışdır. Ancaq Azərbaycan Respublikası adından çıxarılan qətnaməni Dövlət Komersiya Sığorta şirkəti icra etmir, dövlətimizin qanunlarının aliliyinə şübhə ilə yanaşır və şəhidin qan pulunu ailəsinə verilməsində maneçiliklər törədir.

Hörmətli Cənab Prezident !

Sizdən xahiş edirəm ki, mərhum həyat yoldaşım Novruzov Əvəz Əli oğluna Azərbaycan Respublikası ərazisinin bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyini, şəhid olmasını, Binəqədi rayon Məhkəməsinin mənim xeyrimə Azərbaycan Respublikası adından çıxardığı Qətnaməsini nəzərə alaraq, mənə Dövlət Komersiya Sığorta şirkətindən 11000 manat sığorta ödənişin verilməsinə göstəriş verəsiniz.

Ali Baş Komandanımız demişdir: Məhkəmə orqanı Azərbaycan Respublikası adından çıxardığı qərarı heç kim müdaxilə edə bilməz, bəs nə üçün Dövlət Komersiya Sığorta şirkəti müdaxilə edir.

Əvvəlki ərizəmdə Məhkəmə Qərarının hökmünün sürətin əvvəlki ərizələrimə əlavə etmişdim.
Bolgexeber.com
Şəhid xanımı prezidentə müraciət etdi:"Şəhid ərimin sığorta pulunu vermirlər!"
Şəhid xanımı prezidentə müraciət etdi:"Şəhid ərimin sığorta pulunu vermirlər!"
Şəhid xanımı prezidentə müraciət etdi:"Şəhid ərimin sığorta pulunu vermirlər!"
Şəhid xanımı prezidentə müraciət etdi:"Şəhid ərimin sığorta pulunu vermirlər!"
Şəhid xanımı prezidentə müraciət etdi:"Şəhid ərimin sığorta pulunu vermirlər!"