BolgeXeber.Com » Gündəm » “Azərsu-nun susuz qoyduğu küçələr” -VİDEO

“Azərsu-nun susuz qoyduğu küçələr” -VİDEO

20-09-2016, 14:55
Oxunub: 2 912 “Azərsu-nun susuz qoyduğu küçələr” -VİDEOBəlkə burada digər hüqüqşünaslardan daha istedadlı şəxslər fəaliyyət göstərir?

Ölkəmizdə barmaqla sayılacaq Dövlət qurumları qalıb ki, onların iş prosesində Korrupsiya faktı qeydə alınmasın. Əksər qurumların prezidentləri bu işlərdə əvvəlcə öz mövqeyini möhkəmlədir, daha sonra isə qohumlarına yol açır. Artıq bu, hər kəsin alışdığı hal vəziyyətini alıb.
Belə vəziyyətlə bir də “Azərsu Açıq Səhmdar Cəmiyyətinin” apardığı işlərdə qarşılaşdıq.
Ölkə Prezidentinin “Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üçün ayırdığı pullar yolları deyil, birbaş şəxsi cibləri “bəzəyir”.
BTV xəbər verir ki,“Azərsu”-nun prezidenti Qorxmaz Hüseynov ele bir sistem qurub ki, özüylə yanaşı qohumlarını da yüksək qonorarla təmin edə bilir. Dövlət əhəmiyyətli strateji layihələr mənşəyi bəlii olmayan şirkətlərə həvalə edilir. Axı “Azərsu”-nu nə vadar edir ki, heç bir yerdə qeydiyyatda olmayan bu şirkətlərlə əməkdaşlıq edir? Bəlkə burada digər hüqüqşünaslardan daha istedadlı şəxslər fəaliyyət göstərir?
Bundan əlavə, sənədlərdə qeyd olunan şirkətlərin heç biri göstərilən ünvanda fəaliyyət göstərmir. BTV.az-ın araşdırmaları göstərir ki, “Bakı və qəsəbələrinin su təchizatı və kanalizasiya sistemi”-nin yaxşılaşdırılmasına cəlb olunan şirkətlərin bəziləri «Azərsu» prezidenti Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsusdur.
“Sənaye Tikinti MMC”-nin təsisçisi – Hüseynov Məhəmməd Cavanşir oğlunun «Azərsu» prezidenti Qorxmaz Cavanşir oğlu Hüseynovun yaxın qohumu olduğu bildirilir. Bu MMC «Azərsu» üçün 1.5 mln manata Korgöz qəsəbəsinə su xətti çəkib.
İqtisadçı Natiq Cəfərli layihələrin Qorxmaz müəllimin qohumlarının rəhbərlik etdiyi şirkətlərə verilməsinin Azərbaycan qanunvericiliyinə zidd olduğu deyir. Kommunal sahə işlərinin özəl şirkətlərə verilməsi aşkar Korrupsiya faktıdır.
Natiq Cəfərli qurulmuş sistemin necə işlədiyini də izah etdi: «Bütün sahələrdə belədir. Yaradılan MMC-lər məhz ortada süzgəc rolunu oynayır – gələn pulun bir hissəsi orda yatır, qalan hissəsi başqa subpodratçılara veriləndə də, həmin pulun bir hissəsi də «otkat» şəklində geri alınır. Çox primitiv olsa da, illərlə işləyən bir sistem, struktur qurublar».
«Azərsu»-nun sözçüsü Anar Cəbrayıllı isə şirkətin layihələri rəhbərliyin qohumlarına aid şirkətlərə verilməsinə dair məlumatların həqiqətəuyğun olmadığını deyir, onları «dedi-qodu», «şayiə» adlandırır.
BTV.az-ın bu yöndəki araşdırmalarından ortaya çıxan digər fakt: 2011-ci ildə «Azərsu» ASC-yə dövlət büdcəsindən 500 milyon manat ayrılmasıdır. 87 milyon manat da «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində ayrılmışdır.
Qorxmaz Hüseynov isə həmin ilki çıxışında mediyaya bildirmişdi ki, Bakının ətraf qəsəbələrinin su və kanalizasiya sisteminin yenidən qurulmasına təqribən 1.5 milyard manat tələb olunur.
Bəlkə də Qorxmaz Hüseynovun istədiyi vəsait də ayrılıb, amma Bakı qəsəbələrində aparılan çəkilişlərdə edilən şikayətlər bu pulların da göyə sovrulduğunu sübut edir.
Bolgexeber.com