BolgeXeber.Com » Siyasət » Obama: Rusiya keçmiş şöhrətini güc vasitəsi ilə bərpa etmək istəyir

Obama: Rusiya keçmiş şöhrətini güc vasitəsi ilə bərpa etmək istəyir

21-09-2016, 09:29
Oxunub: 2 809 Obama: Rusiya keçmiş şöhrətini güc vasitəsi ilə bərpa etmək istəyirABŞ prezidenti Barak Obama Rusiyaya xarici siyasətin aparılmasına dair məsləhət verib

Oxu.Az xəbər verir ki, Amerika liderinin BMT Baş Assambleyasının 71-ci sessiyasında səsləndirdiyi sözləri Yahoo News nəşri sitat gətirir.

“İmperiya dövrü keçmişdə qalıb. Biz görürük ki, Rusiya keçmiş şöhrətini güc vasitəsi ilə qaytarmağa çalışır. Rusiya qonşu dövlətlərin işlərinə qarışmamalıdır. Bu siyasət yalnız ölkə daxilində dəstəklənə bilər, lakin zaman keçdikcə elə bu siyasət onları zəiflədəcək və təhlükəsizlik səviyyəsini aşağa salacaq”, - Obama bəyan edib.
Bolgexeber.com