BolgeXeber.Com » Gündəm » “Bu xəstəxanadan sağ çıxmaq çətindir” VİDEO

“Bu xəstəxanadan sağ çıxmaq çətindir” VİDEO

21-09-2016, 10:34
Oxunub: 3 550 “Bu xəstəxanadan sağ çıxmaq çətindir” VİDEO3 həkimin qəbulundan keçən qızın dərdinə dərman tapa bilən olmayıb

Sentyabr ayının ilk günlərində BTV.az-a daxil olan məlumata görə, bölgə xəstəxanalarından birində yenə də həkim təcrübəsizliyinin qurbanı olan var şikayətçi var.
İlk övladına hamilə qalan Tovuz rayonu, “Qoylar” kənd sakini Vüsalə Abdullayeva normal doğuş həyata keçirmək üçün Rayon Xəstəxanasına yollanıb.
Doğuş prosesi başa çatdıqdan sonra Ziyafət həkim bacarmadığına görə, xəstənin bağırsağını tikmək üçün anası Xatirə həkimi çağırıb. Xatirə həkim işi başa çatdırdıqdan sonra Vüsaləni evə yazıb.
10 gün ev şəraitində qalan xəstənin durumu pisləşib. Ailəsi gənc ananı yenidən Ziyafət həkimin yanına gətirəndə, tikmə əməliyyatının uğursuz alındığı məlum olub.
Bundan təşvişə düşən Ziyəfət həkim xəstənin ailəsinə 500 manat təklif edərək susmasını tələb edib.

Ard-arda edilən cəhdlərin hər biri uğursuzluqla sona çatıb və ananın vəziyyəti daha da ağırlaşıb. 3 həkimin qəbulundan keçən qızın dərdinə dərman tapa bilən olmayıb.
Heç bir çarəsi qalmayan ailə 4000 manat məbləğində pul hazırlayıb, qızını Gürcüstanda əməliyyat etdirib.
Hazırda Vüsalənin səhhətində hər şey qaydasındadır, ancaq ailə həkim səhlənkarlığının qurbanı olduğuna görə xərclədiyi pulların xəstəxana tərəfindən ödənilməsini tələb edir.
Hər 3 həkim isə zənglərə cavab vermir, məsuliyyətdən yayınır.
Rayon sakinlərilə reportaj zamanı məlum oldu ki, bu hadisə Rayon xəstəxanasında qeydə alınan ilk bədbəxt hadisə deyil. Bundan əvvəl də bu tip faciələr baş vermiş, şəfa tapmaq üçün bu qapını döyən insanlar öz doğmalarının meyitini aparıblar.
Faktla bağlı Polis Bölməsinə də müraciət olunub və araşdırmalar aparılır.
Bolgexeber.com