BolgeXeber.Com » Gündəm » "Bismillah"la kəsilən qoyunlar əslində hansı şəraitdə kəsilir? VİDEO

"Bismillah"la kəsilən qoyunlar əslində hansı şəraitdə kəsilir? VİDEO

21-09-2016, 10:38
Oxunub: 2 949 "Bismillah"la kəsilən qoyunlar əslində hansı şəraitdə kəsilir? VİDEOKəsilən heyvanların artıq qalan orqanları yaxınlıqdakı zibil qutusuna açıq şəkildə atılır

Sentyabr ayının ilk 10 gününü geridə qoyduqdan sonra Qurban Bayramının gəlməsilə xırda buynuzlu heyvanların alış və satışında xeyli canlanma başladı. Sakinlər müqəddəs günlərin başlaması münasibətilə öz məvaciblərindən böyük miqdarda pul ayıraraq bu heyvanlardan alır. Bəs görək, “Bismillah” deyərək kəsilən heyvanlar hansı şəraitdə saxlanır və bu işlə məşğul olanlar verdiyi vədlərdə nə dərəcədə səmimidirlər?
Al-verin qızğın olduğu vaxtda BTV əməkdaşları Qurbanlıq ət satışı ilə məşğul olan mağazalara baş çəkdi. Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən mağazada reportaj aparmaq istəyən müxbirimiz ətrafdakı anti-sanitariyanın səbəbini soruşanda, satıcının aqressiv əda ilə verdiyi cavablarla qarşılaşdı.

Kəsilən heyvanların artıq qalan orqanları yaxınlıqdakı zibil qutusuna açıq şəkildə atılır. Bu isə, qutuların olduğu ərazinin üfunət qoxmasına səbəb olur. Atılan artıqların üzərində milçək və digər xırda həşəratlar uçur.
Hələ kəsilməmiş heyvanlarsa Taxta Sexi yaxınlığındakı çirkli torpaq üzərində uzun müddət qaldıqdan sonra kəsilir. Qəssablar heç bir sanitarik qaydaya əməl etmədən bu işi görürlər. Əraziyə nəzarət edən məsul qurumlarla telefon danışığı aparmaq istəsək də cəhdlərimiz boşa çıxdı.
Yalnız bizim deyil, başqa ailələrin də axşam süfrəsini bəzəyəcək belə məhsul alarkən diqqətli olmalıyıq.
Bolgexeber.com