BolgeXeber.Com » Siyasət » Ziya Məmmədov ikitərəfli bədlikdə: yeznəsi və oğlu...

Ziya Məmmədov ikitərəfli bədlikdə: yeznəsi və oğlu...

21-09-2016, 15:18
Oxunub: 3 993 Ziya Məmmədov ikitərəfli bədlikdə: yeznəsi və oğlu...Nəqliyyat nazirinin ən yaxın adamlarının adı korrupsiya qalmaqalında; “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “nəqliyyat bossu”nun bacısının əri Adil Məhərrəmovu yoxlatdırır; idarənin baş mühasibinin özünü asması ciddi şübhələrə yol açıb; həbs təhlükəsi ilə üzləşən Hafiz Məmmədov isə Beynəlxalq Bankdan kreditləri Anar Məmmədovun götürdüyünü deyir və...
Bu ilin fevral ayının 9-da Cavid Qurbanovun prezidentin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə təyinatının nəqliyyat naziri Ziya Məmmədovun karyerasına ciddi təhlükə yaradacağı barədə informasiyalar təsdiqlənir. İddia olunurdu ki, C.Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə rəis gətirilməsi nəqliyyat naziri ilə bağlı korrupsiya dosyesi hazırlamağa hesablanıb.

Z.Məmmədovun yaxın adamı, hətta “kassası” adlandırılan Arif Əsgərovun “Azərbaycan Dəmir Yolları”ndan uzaqlaşdırılması nazir üçün əslində ciddi xəbərdarlıq sayıla bilərdi. Çünki A.Əsgərov Z.Məmmədovun tam təsiri altında idi və dəmir yolu sahəsindəki ciddi korrupsiya faktlarının araşdırılması asanlıqla ört-basdır edilirdi.

C.Qurbanov özü də təsdiq etmişdi ki, təyinatdan öncə prezident İlham Əliyevin qəbulunda olub və ölkə başçısı dəmir yolu sahəsinə aid ona müxtəlif tapşırıqlar verib. C.Qurbanov “Azərbaycan Dəmir Yolları”nda indiyədək aparılan islahatların günün tələblərinə cavab vermədiyini deyərək bu strukturda ciddi yoxlamalar aparılacağına işarə etmişdi. Bu həm də o demək idi ki, C.Qurbanova kadr islahatları və nəqliyyata ayrılmış milyardlarla vəsaitin mənimsənilməsinin araşdırılması üçün geniş səlahiyyətlər də verilib.
Ziya Məmmədov ikitərəfli bədlikdə: yeznəsi və oğlu...

Hələ fevral ayında “Yeni Müsavat” “Azərbaycan Dəmir Yolları”ndakı mənbəyə istinadən yazmışdı ki, C.Qurbanov QSC-ni Ziya Məmmədovun kadrlarından təmizləmək niyyətindədir və ilk növbədə nazirin yaxın adamlarının maliyyə maxinasiyalarında iştirakı araşdırılacaq.
C.Qurbanov vəzifəyə təyinat aldıqdan bir neçə gün sonra Z.Məmmədovla münasibətlərinə dair çox maraqlı bir açıqlama da vermişdi. QSC sədri şəxsi və iş müstəvisində heç bir konflikt yaşamadıqlarını vurğulayaraq Ziya Məmmədovla bölüşəcəyi bir şeyin olmadığını demişdi. Bu isə mətbuatda “Ziya Məmmədov əməllərinə görə özü cavabdeh olacaq” kimi yorumlara səbəb olmuşdu.

Virtualaz.org saytı bir neçə gün bundan əvvəl Şirvanda baş vermiş intihar hadisəsinə dair araşdırması nəticəsində sensasion bilgilər əldə edib. Qeyd edək ki, intihar hadisəsi iyulun 18-də günorta saatlarında Şirvan şəhəri, Natəvan küçəsi, 61 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib.
Ziya Məmmədov ikitərəfli bədlikdə: yeznəsi və oğlu...

İntihar edən şəxsin “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən Yanacaq və Sürtkü Materialları Təchizatı İdarəsinin baş mühasibi olduğu dəqiqləşmişdi. Amma intiharın əsl səbəbi indi üzə çıxır. Məlumat olub ki, “Azərbaycan Dəmir Yolları”nın Şirvan idarəsinin baş mühasibinin intiharına səbəb QSC-nin rəhbəri Cavid Qurbanovun xüsusi göstərişi ilə aparılan yoxlama və üzə çıxan külli miqdarda yeyinti, korrupsiya faktlarıdır.
Sayt özəl mənbələrdən məlumat əldə edib ki, yoxlama nəticəsində ciddi qanun pozuntuları, xüsusilə iri məbləğdə dizel yanacağının mənimsənilməsi aşkar edilib. Həmin yanacaq “Azərbaycan Dəmir Yolları” QSC-yə dövlət qiymətindən aşağı qiymətə ayrılmışdı və dəmir yolu ilə daşınaraq topdansatış bazalarında satılırdı.

Məlumatın ən ilginc tərəfi o olub ki, həmin idarənin rəisi Ziya Məmmədovun bacısının əri Adil Məhərrəmovdur. Bundan əlavə, idarədə nazirin xeyli yaxın və uzaq qohumları da işləyir. Cavid Qurbanovun göstərişi ilə pozuntularda adı keçən bütün vəzifəli şəxslərin, o cümlədən Adil Məhərrəmovun işdən çıxarılacağı gözlənilir. Adil Məhərrəmov saytın əməkdaşının onun başçılıq etdiyi idarədə aparılmış yoxlama barədəki sualına “bunu sizə kim deyib?” deyə, əsəbi tonda cavab verib.
Ziya Məmmədov ikitərəfli bədlikdə: yeznəsi və oğlu...

Daha sonra “Yoxlama barədə məlumatı sizə kim veribsə, gedin onunla dəqiqləşdirin, bizdə yoxlama-filan olmayıb” deyərək telefonu qapadıb.

***
Son aylar Ziya Məmmədovun və yaxınlarının başı üzərindən “qara buludlar” əskik olmur. Bir ay əvvəl - iyunun 30-da Qusar rayonunun Çiləgir kəndində nəqliyyat nazirinin qardaşı Nəriman Məmmədovun villasında qətl baş vermişdi. Hadisə zamanı evdə olan Nəriman Məmmədov qətl hadisəsindən sonra şok keçirib və dili tutulub. Vəziyyəti pisləşən N.Məmmədovu Türkiyəyə aparıblar.
Ziya Məmmədov ikitərəfli bədlikdə: yeznəsi və oğlu...

ABŞ-da nəşr olunan “Mother Jones” jurnalı isə iki gün əvvəlki buraxılışında “Donald Tramp mübahisəli azərbaycanlı oliqarxla ortaq biznes qurub” başlıqlı araşdırmasını nəqliyyat nazirinin oğlu Anar Məmmədova həsr edib. Məlum olub ki, Donald Tramp nazir oğlu ilə şərikli mehmanxana tikintisinə görə ondan 2,5 milyon dollar alıb. “Anar Məmmədov isə dəyəri 1 milyard dollardan çox olan ”Garant Holdinq"in İdarə Heyətinin sədridir deyə", məqalədə bildirilirdi.
Ziya Məmmədov ikitərəfli bədlikdə: yeznəsi və oğlu...

Bu günlərdə isə məlum olub ki, Beynəlxalq Bankdan götürdüyü kreditə görə həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkəni tərk edən, daha sonra isə yenidən Azərbaycana dönən Hafiz Məmmədovun keçmiş şəriki Z.Məmmədovla sərt söhbəti olub. İddialara görə, Hafiz Məmmədova həbs təhlükəsi məhz Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Bank of Azerbajcan” üçün götürdüyü kreditə görə yaranıb. Bu bankın hüquqi sahibi Hafiz Məmmədov olsa da, faktiki olaraq Anar Məmmədov idarə edib. Hafiz Məmmədov kreditə görə məsuliyyəti Anar Məmmədovun daşıdığını nazirin diqqətinə çatdırıb və ondan borcu ödəməyi tələb edib. Əks təqdirdə, bildiyi faktları açıqlayacağını deyib. Ziya Məmmədov kredit borcunun məsuliyyətini öz üzərinə götürüb. Bundan sonra Hafiz Məmmədovun həbsi məsələsinin üzərindən xətt çəkilib və o, ölkəyə dönüb.