BolgeXeber.Com » Bölgə » Bərdədə ”Biz sülh tərəfdarıyıq” mövzusunda diskussiya-FOTO

Bərdədə ”Biz sülh tərəfdarıyıq” mövzusunda diskussiya-FOTO

21-09-2016, 18:31
Oxunub: 3 418 Bərdədə ”Biz sülh tərəfdarıyıq” mövzusunda diskussiya-FOTOİlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub

21 sentyabr 2016-cı il tarixdə Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “ 21 sentyabr- Beynəlxalq Sülh günü“ nə həsr olunmuş ”Biz sülh tərəfdarıyıq” mövzusunda yeniyetmə və gənclərin iştirakı ilə diskussiya keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq yeniyetmə və gəncləri “Beynəlxalq Sülh günü” münasibəti ilə təbrik etdi. Sonra o, qeyd etdi ki,sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmiş, elə həmin vaxtdan bütün dünyada qeyd olunmağa başlamışdır. Yeniyetmə və gənclərin iştirakı ilə keçirdiyimiz bu tədbirin məqsədi dünyada baş verən qlobal dəyişikliklərin baş verdiyi bir vaxtda qaynar nöqtələr barədə məlumatın toplanması və gənclərin bu barədə məlumatlılığının artırılması,dünyada sülhün qorunmasının vacibliyinin onlara çatdırılmasıdır. Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən ən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi... Bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür.
Rayon Təhsil şöbəsinin metodisti Sədiqə Vəliyeva çıxış edərək qeyd etdi ki, İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb.
Sonra tədbir diskussiya xarakterli davam etdirildi.Tədbirin sonunda məktəb-liseyin şagirdlərinin və idarənin könüllülərinin hazırladıqları musiqili şeir kompozisiyası iştirakçılara təqdim edilmişdir.
Tədbirə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov yekun vurdu.
Bolgexeber.com
Bərdədə ”Biz sülh tərəfdarıyıq” mövzusunda diskussiya-FOTO
Bərdədə ”Biz sülh tərəfdarıyıq” mövzusunda diskussiya-FOTO
Bərdədə ”Biz sülh tərəfdarıyıq” mövzusunda diskussiya-FOTO
Bərdədə ”Biz sülh tərəfdarıyıq” mövzusunda diskussiya-FOTO
Bərdədə ”Biz sülh tərəfdarıyıq” mövzusunda diskussiya-FOTO