BolgeXeber.Com » Siyasət » Prezident İlham Əliyev Mingəçevirə səfərə gəlib

Prezident İlham Əliyev Mingəçevirə səfərə gəlib

21-09-2016, 18:33
Oxunub: 3 194 Prezident İlham Əliyev Mingəçevirə səfərə gəlibAzərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Mingəçevir şəhərinə səfərə gəlib

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydu.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, Ümummilli Liderin adını daşıyan parkın ərazisi üç hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud “Ana və uşaq” kafesi müasir üslubda yenidən qurulub, geniş yaşıllıq işləri görülüb.