BolgeXeber.Com » Gündəm » Ucar xəstəxanasında ölən 24 yaşlı oğlanın anası qatil həkimin cəzalandırılmasını istəyir -MÜRACİƏT

Ucar xəstəxanasında ölən 24 yaşlı oğlanın anası qatil həkimin cəzalandırılmasını istəyir -MÜRACİƏT

22-09-2016, 12:09
Oxunub: 2 983 Ucar xəstəxanasında ölən 24 yaşlı oğlanın anası qatil həkimin cəzalandırılmasını istəyir -MÜRACİƏT"Səhiyyə Nazirliyi hazırda bu qatil həkimin cinayət əməlinin üstünü ört-basdır etməyə çalışır"

Ucar rayonu Qazyan kənd sakini Ələkbərova Həqiqət Mikayıl qızı Bolgexeber.com-a şikayət məktubu göndərib. Şikayətçi vətəndaş yazır:

"Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Ucar Rayon Mərkəzi Xəstəxanasınn Təcili Yardım Şöbəsinin baş həkimi Ramil Tağızadənin savadsızlığı və səriştəsizliyi nəticəsində 1992-ci il tarixdə anadan olmuş 24 yaşlı yeganə övladım Ələkbərov Rəhim Polad oğlu dünyasını dəyişdi.Balamın qatili olan savadsız və səriştəsiz həkim Ramil Tağızadənin törətiyi bu hadisə cinayət əməılidir ki, hazırda onun üstünü Səhiyyə Nazirliyi ört-basdır etməyə çalışırlar.Buna görə də mən Sizə müraciət etməyi qərara aldım.İmkan vermək olmaz ki, belə bir qatil həkim balamın qanını batırsın.Sonra gec olacaq növəti qurbanların sayı çoxalacaq.
14 sentyabr 2016-cı il tarixdə gecə saatlarında yüngül soyuqlama olduğu üçün oğlum Rəhimlə Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gəldik.Orada oğlumun ağ ciyərlərini müayinə edən həkim Ramil Tağızadə bildirdi ki, ciddi heç nə yoxdur ola bilsin bronxlarına soyuq olub, səhər gələrsiniz analiz edib müalicə yazaram.
Ucar xəstəxanasında ölən 24 yaşlı oğlanın anası qatil həkimin cəzalandırılmasını istəyir -MÜRACİƏT

Səhəri gün tezdən Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gəldik.Ramil həkimin tapşırığı ilə Rəhim qan analizi verdi və rentgen müayinəsi olundu.Rentgen edən həkim Ramil həkimə bildirdi ki, ciddi heç nə yoxdur bronxlarına soyuq olub.Bundan sonra Ramil həkim kabinetindəki şkafdan bir ədəd antibiotik iynəsini götürüb Rəhimə vurdu.Qan analizinin cavabı çıxmadan müalicə ressepti yazdı.Rəhimin atası dərhal gedib həmin resseptdə yazılan dərmanları alıb gətirdi.Həmin vaxt Rəhimin dostları Orxan, İlkin, İsrayıl və Elnur da ora gəldilər.Bundan sonra Rəhimə sistem qoşuldu.Həmin vaxt ilk dəfə idi ki, Rəhim intensiv öskürəyə başladı.Həkim soruşdu ki, evdədə öskürürdü dedim ki, yox. Sonra həkimin tapşırığı ilə tibb bacısı ikinci sistemi qoşdu.Bundan sonra öskürək artmağa başladı.Rəhimin boğulmasını görüb ambulans maşını ilə tez reanimasiya şöbəsinə gətirdik.Orada Gülşad həkimin səylərinə baxmayaraq Rəhim dünyasını dəyişdi".
Ucar xəstəxanasında ölən 24 yaşlı oğlanın anası qatil həkimin cəzalandırılmasını istəyir -MÜRACİƏT

Daha sonra daxil olan müraciətdə deyilir: "Mənim oğlum Rəhimi Ucar RMX-nın TYŞ-nin baş həkimi Ramil Tağızadənin səriştəsizliyinin qurbanı oludu.Çünki prob qoymadan Rəhimə antibiotik vurdu deyə o şoka düşüb boğularaq öldü. Beş nəfərin gözünün qarşısında baş vermiş bu cinayət hadisəsinə görə səriştəsiz qatil həkim Ramil Tağızadə məsuliyyətə cəlb edilməlidir.Mənim oğlum Naxçıvanda hərbi xidmət keçib, siqaret çəkməyib, sipirtli içki qəbul etməyib, daima idman edib sağlam həyat tərzi sürüb.Hətda həyətimizdə özü üçün idman alətləri olan idman etmək üçün yer düzəltmişdir.Rəhimin səhhətində heç vaxt problemi olmayıb, stasionar və ambulator müalicə edilməyib.Əksinə bu ilin iyul ayında Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək üçün tibbi müayinədən keçib sağlamlıq arayışı alıb. Rusiya Federasiyasında İnsituta daxil olarkən də avqust ayında növbəti dəfə tibbi müayinədən keçərək sağlamlıq arayışı alıb.Hər iki tibbi müayinədən tam sağlam çıxan Rəhimin yüngül soyuqdəymədən ölməsinə baiskar ancaq Ramil Tağızadənin səriştəsizliyi. savadsızlığı və səhlənkarlığı olmuşdur.
Ucar xəstəxanasında ölən 24 yaşlı oğlanın anası qatil həkimin cəzalandırılmasını istəyir -MÜRACİƏT

Səhiyyə Nazirliyi hazırda bu qatil həkimin cinayət əməlinin üstünü ört-basdır etməyə çalışır.Buna görə də biz inanırıq ki, nazirliyin sifarişi ilə ekspert rəyi qatil həkimin cinayətinin üstünü ört-basdır edilməsi üçün saxtalaşdırılacaq.Çünki artıq Səhiyyə Nazirliyi ekspertin rəyi açıqlanmadan ictimaiyyətə yalan məlumat verib ki, guya Rəhim vərəm xəstəsi olub, 14 sentyabr 2016-cı il tarixdə gecə saatlarında ağır formada xəstəxanaya gətirilib həkimin təkidinə baxmayaraq stasionar müalicədən imtina edib.Bütün bunlar yalandır, qatil həkimin cinayət məsuliyyətindən yayınması üçün uydurma yalanlardı.Tibbə məlum olduğu kimi vərəm xəstəliyinin əlamətləri, xüsusiyyətləri olur ki, bunların heç biri Rəhimdə olmayıb. Yuxarıda qeyd etdiyim kimi Rəhim idmançı olub sağlam həyat tərzi sürüb.Daima futbol oynayıb idman edib.Onda heç vaxt tənginəfəslik, halsızlıq, qızdırma və yorulma olmayıb.O heç vaxt nə stasionar, nə dəki ambulator müalicə olunmayıb.Cinayətdən yayınmaq üçün Ramil həkimin ortaya atığı bu yalanları ifşa edən çoxlusayda mötəbər və konkret subutlar var ki, bütün bunlar araşdırılmalıdır.Bu həkim qatildir bu gün törətdiyi bu cinayətə görə onun barəsində qanunu tədbirlər görülməsə cəzasızlıqdan daha da azğınlaşacaq.Nəticədə də növbəti qurbanlar sayı çoxalacaq.

Ramil Tağızadə dərman alverçisi olub rayonun Azərbaycan küçəsində böyük bir apteki var.Dərman alverçiliyindən topladığı pullar hesabına bu savadsızı. səriştəsizi Təcili Yardım Şöbəsinə baş həkim vəzifəsinə təyin ediblər.Onun tibb elimində tibb xadiməçisi qədər savadı yoxdur.Qatil həkim Ramil Tağızadənin kapitalı vari-dövləti olsada bizim isə İlham Əliyev kimi ədalətli Prezidentimiz, Mehriban Əliyeva kimi mərhəmətli birinci xanımımız var.Allaha və Sizə ümüd edib Sizdən çox-çox xahiş edirəm bu şikayət ərizəmi yerində mənim və şahidlərin iştirakı ilə bütün faktları tam, hərtərəfli və obyektiv araşdırıb qatil həkim Ramil Tağızadənin barəsində qanuna müfafiq tədbirlər görəsiniz".
Qarşı tərəfi də dinləməyə hazırıq...
Bolgexeber.com
Ucar xəstəxanasında ölən 24 yaşlı oğlanın anası qatil həkimin cəzalandırılmasını istəyir -MÜRACİƏT
Ucar xəstəxanasında ölən 24 yaşlı oğlanın anası qatil həkimin cəzalandırılmasını istəyir -MÜRACİƏT