OLİMPİADA: Daha iki güləşçimiz mübarizəyə qoşulur
6-08-2012, 10:55
Oxunub: 5 222
Bu gün XXX London Yay Olimpiadasında daha iki güləşçimiz döşək üzərinə çıxacaq.
Güləşçilərimizdən Həsən Əliyev (66 kq) və Saman Təhmasibi (84 kq) medal qazanmaq uğrunda mübarizə aparacaqlar.
İlk mərhələdən azad olan Həsən Əliyev mübarizəyə 1/8 finaldan qatılacaq. Təmsilçimiz bu mərhələdə norveçli Andre Berqe Stiqlə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Digər təmsilçimiz Saman Təhmasibi də Əliyev kimi yarışa 1/8 finaldan qoşulacaq. Güləşçimiz ilk görüşündə Gürcüstan təmsilçisi Vladimir Gegeşidze ilə qarşılaşacaq. Həmin görüşə isə Bakı vaxtı ilə saat 17:30-da start veriləcək.
Qeyd edək ki, Londona 5 güləşçi ilə yollanan millimizin 2 təmsilçisi artıq çıxışlarını medalla başa vurublar. Bunlardan Rövşən Bayramov ölkəmizə gümüş, Emin Əhmədov isə bürünc medal qazandırıb.
Qol.az
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər