BolgeXeber.Com » Analitika » İLGİNC: 200 min verib xaricdən idmançı gətiriblər... - bizimkilər isə maaş üzünə həsrətdi

İLGİNC: 200 min verib xaricdən idmançı gətiriblər... - bizimkilər isə maaş üzünə həsrətdi

23-09-2016, 09:53
Oxunub: 4 727 İLGİNC: 200 min verib xaricdən idmançı gətiriblər... - bizimkilər isə maaş üzünə həsrətdiMaaş üzünə həsət qalanlar… Federasiya prezidenti hara baxır?

Rioda keçirilən Yay Olimpiya Oyunlarından sonra daha bir idman yığmamız təlim-məşqlər üçün toplaşıb. Yüngül atletlərimiz qarşıdan gələn yarışlara hazırlaşır. Bidirək ki, Olimpiya Oyunlarında atletlərimiz uğurlu çıxış edə bilməmişdi. Ən çox güvənilən idmançılarımızdan Avropa rekordçusu Nazim Babayev də ümidləri doğrulda bilməmişdi. Onun qələbəsinə isə Olimpiya Oyunları öncəsi ayağından aldığı ciddi zədə mane olmuşdu.N.Babayev olimpiada başlayana qədər müalicə alsa da, bu problem onun çıxışına təsirsiz ötüşmədi. Bununla da ən gənc təmsilçimiz də medalsız qalmışdı.

Yarımçıq heyətlə təlim-məşqlər...
Hurriyyet.org yarışlara hazırlaşan atletlərimizin durumu ilə maraqlanıb.
Təlim-məşqlərə start verən atletlərimizin arasında legionerlərin gözə dəyməməsi isə təəccüb doğururdu. Yəni müəyyən fasilədən sonra toplaşmaq qərarına gələn idmançılarımız nədənsə məşqlərdə tam heyətlə çıxış etmirdi.
Bu durumla maraqlanmaq üçün yüngül atletika üzrə yığma komandanın baş məşqçisi Məhərrəm Sultanzadəyə yaxınlaşdıq...
“Artıq bir neçə gündür ki, məşqlərə start vermişik. Yavaş-yavaş məşqləri bərpa etməyə başlayırıq. Bilirsiniz ki, Bakıda may ayında İslam Oyunları baş tutacaq. Bizim də əsas məqsədimiz orada yaxşı iştirak etməkdir.
Legioner idmançılarımız öz ölkələrində məşq edirlər. Anna Skidan Ukraynada məşqlərini davam etdirir. Hayle İbrahimov Efiopiyaya yeni gedib. Evans Kiplaqat da hazırda Keniyadadır. Lazım olduqda çağırırıq. Tibbi müayinədən keçmək lazım olanda, bəzi təlim-məşqlər zamanı Azərbaycana gəlirlər.
Hazırda isə öz ölkələrində məşq keçirlər. Hayle İbrahimov 4 gün öncə Bakını tərk edib. Şəxsi işləri üçün gəlmişdi, qayıdıb ölkəsinə...
O ki qaldı Evans Kipliqata, yavaş-yavaş komandamıza uyğunlaşır. Onu gətirməkdə əsas məqsədimiz İslam Oyunlarıdır.
Yerli idmançımız Nazim Babayev Olimpiya Oyunlarında yarışda istənilən kimi çıxış edə bilmədi. Səbəb də ayağındakı zədəsi idi. Artıq Nazim də məşqlərə başlayıb.
Yerli idmançılarımız var ki, onlardan İslam Oyunlarında medal gözləyirik. Yekaterina Sarıyevadan (3 təkanla tullanma), Rahib Məmmədovdan (maneələrlə qaçış), elə Nazim Babyevin özündən...
Təbii ki, Evans Kipliqatdan əlavə, Hayle İbrahimova da İslam Oyunlarında yer veriləcək. Ona ümidlər böyükdür”.

Zədəli idmançımızdan xəbər var... – İslam Oyunlarına hazırlıq
3 təkanla tullanma üzrə Avropa rekordçusu Nazim Babayev hazırkı durumu və məşqlərindən danışdı: “Artıq 3 gündür ki, məşqlərə başlamışam. Bildiyiniz kimi, Rio Olimpiya Oyunlarından 2 ay öncə zədələnmişdim.
Amma indi vəziyyət yaxşıdır. Məşqlərimi davam edirəm, ağrı yoxdur. Yəni Olimpiya Oyunlarından sonra hər şey qaydasına düşdü.
Qarşıdakı qış mövsümündə heç bir yarışda çıxış etməyəcəm. May ayında ölkəmizdə baş tutacaq İslam Oyunlarına hazırlıq gedir. Çünki hazırda ən vacib yarışımız İslam Oyunlarıdır. Yəni əsas gücümüzü, fikrimizi ona yönəldəcəyik. Bundan sonra isə yay mövsümündə Avropa çempionatı var. Mən orada da çıxış edəcəm”.
Maneələrlə qaçış yarışlarında çıxış edən, Avropa Oyunlarının 2-cisi Rahib Məmmədov isə hazırkı durumdan narazıdır: “Düzdür, məşqlərə bir neç gündür ki, başlamışıq. Mən əməliyyat olunmuşdum. 3 ay fasilədən sonra məşqlərimi yenidən bərpa etdim. İndi İslam Oyunlarına hazırlaşıram. Şəraitimizə gəldikdə isə, heç razı deyiləm”.

Maaş üzünə həsət qalanlar… Federasiya prezidenti hara baxır?
Amma maraqlıdır ki, MOK-un vitse prezidenti Çingiz Hüseynzadənin rəhbəri olduğu federasiya heç də ürək açan deyil...
Federasiyada maaş üzünə həsrət qalanlar var. Hətta yerli idmançıların adam yerinə qoyulmamasından da şikayət edirlər. Hər şey legionerlər üçündür...
Adının çəkilməsini istəməyən bir atletimiz isə hazırkı durumdan xeyli şikayətləndi. O yerli idmançılara heç də diqqət ayrılmadığını, hətta maaş üzünə həsrət qoyduqlarını bildirdi. Çünki o təmənnasız şəkildə milinin şərəfini qoruyur, istəmir ki, bu hüquqdan da məhrum olsun: “Bizi maaş üzünə həsrət qoyublar. İndi məşqlərimizlə yanaşı, həm də işləyirik. Aylarla maaş almayanlar var. Mən özüm də onların içərisindəyəm. Belə hazırlaşmaq isə heç də asan deyil, çətindir. Ramil Quliyev kimi idmançılarımız elə bu diqqətsizliyin üzündən ölkədən gedirlər”.

Afrikadan gələnə 200 min... Bizimkinə isə bir qara qəpik də yoxdur
Kənardan aldığımız məlumata görə, Evans Kipliqat Azərbaycana 200 min manat qarşılığında Keniyadan gətirilib.
Ancaq idmançı ölkəmizə məşqçinin də dediyi kimi, sadəcə, həkim müayinəsindən keçmək üçün gəlir.
Bildirək ki, keniyalı atlet bu il iyulun əvvəllərindən milliləşdirilib.
İLGİNC: 200 min verib xaricdən idmançı gətiriblər... - bizimkilər isə maaş üzünə həsrətdi
İLGİNC: 200 min verib xaricdən idmançı gətiriblər... - bizimkilər isə maaş üzünə həsrətdi
İLGİNC: 200 min verib xaricdən idmançı gətiriblər... - bizimkilər isə maaş üzünə həsrətdi