BolgeXeber.Com » Bölgə » Göyçayda ağır yol qəzası baş verib

Göyçayda ağır yol qəzası baş verib

2-12-2010, 01:05
Oxunub: 6 876
Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bu gün axşam saat 20:00 radələrində Göyçay rayonunda bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bolgexeberin müxbirinin verdiyi məlumata görə, Göyçay rayonu, Bığır kənd sakini, 1980-ci il təvəllüdlü Mehdiyev Vəliqan Azər oğlunun idarə etdiyi VAZ 2106 markalı, AZ 55 BF 026 dövlət nömrə nişanlı avtomobil şəhər istiqamətində hərəkət edərkən əks istiqamətdə hərəkət edən Göyçay şəhəri, Bakı küçəsi, ev 13-də yaşayan 1973-cü il təvəllüdlü Hüseynov Famil Feyruz oğlunun idarə etdiyi VAZ 21011 markalı, AZ 10 LK 356 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə VAZ-21011-də olan sərnişin, Bığır kənd sakini 1993-cü il təvəllüdlü Hacıyev Səyadulla İbadulla oğlu həlak olub. VAZ 21011-in sürücüsü Famil Hüseynov, rayonun Ərəbqəbilli kənd sakini, 1997-ci il təvəllüdlü Azakova Səidə Zahir qızı, VAZ 2106-da olan sərnişin, 1984-cü il təvəllüdlü Səmədov Ceyhun müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Klinik Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Göyçay rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.