BolgeXeber.Com » Bölgə » Qazaxın yeni başçısı kimdir: Rəcəb Babaşovun ilginc dosyesi

Qazaxın yeni başçısı kimdir: Rəcəb Babaşovun ilginc dosyesi

23-09-2016, 12:38
Oxunub: 3 736 Qazaxın yeni başçısı kimdir: Rəcəb Babaşovun ilginc dosyesiHaqqında qısaca bilgi verdiyimiz bu adam əslində iki iri rəqib məmurun – Ziya Məmmədovla Cavid Qurbanovun qohumluğunu qazana bilib

Məlum olduğu kimi Prezident Rəcəb Abbas oğlu Babaşovu Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. Yeni təyin olunan icra başçısının kimliyi bəlkə də çoxları üçün maraqlı olar. Qazax rayon icra hakimiyyətinin yeni başçısı Rəcəb Babaşovla bağlı saytımız media və internet resurslarında yer alan və rəsmən təkzib olunmayan məlumatlar əsasında apardığımız araşdırmalar zamanı ortaya çıxanlar da kifayət qədər ilgincdir. Belə ki, bu şəxsin adı müxtəlif maliyyə maxinasiyalarından tutmuş “MTN işi”nədək ən müxtəlif məsələlərdə hallanıb. Beləliklə cumhuriyyet.az olaraq həmin məqamları yenidən diqqətinizə çatdırırıq.
Cavid Qurbanovun “qara kassa”sı
Rəcəb Babaşov Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisidir. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu R.Babaşovun qızı ilə ailə həyatı qurub. Yəni haqqında qısaca bilgi verdiyimiz bu adam əslində iki iri rəqib məmurun – Ziya Məmmədovla Cavid Qurbanovun qohumluğunu qazana bilib. Lakin Rəcəb Babaşov daha çox Cavid Qurbanovun «kassiri», pulyığanı kimi tanınır. Bütün bunlar haqda cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalara görə, elə Sabirabad rayonunda Rəcəb Babaşovun xeyli sayda obyektləri var. Qardaşının rayonda böyük tikinti materialları bazası var. Məlumatlara əsasən R.Babaşov elə öz rayonundan başlayaraq iş adamlarına divan tutur. Bakıda isə onu tanımayan, ona «haqq» verməyən bir az iri olan iş adamı yoxdur.
Cavid Qurbanovun iri obyektlərinin idarəedilməsi, onların bütün inzibati problemlərdən qorunması işini də bu adam həyata keçirir. Müraciət edən iş adamları deyirlər ki, son zamanlar Babaşovun adı ilə obyektlərin yoxlaması işləri daha da amansız şəkildə həyata keçirilir. Departament rəhbərinin adı ilə yoxlamaya gələnlər, xüsusilə də Cavid Qurbanovun rəqibləri ilə daha amansız davranırlar. Şikayətçi olan iş adamları deyirlər ki, Rəcəb Babaşovun yoxlamaya yolladığı adamlar heç də iri vergi ödəyiciləri ilə kifayətlənmirlər. İri vergi ödəyicisi olan hüquqi şirkətlərin törəməsi olan bütün MMC-lərə qarşı da çox amansız davranışlar nümayiş etdirilir.
Cavid Qurbanovu MTN generallarından necə qoruyub?
Oxucuların diqqətinə çatdıraq ki, R.Babaşov medianın gündəminə əsasən doğulduğu Sabirabad rayonunda, paytaxtda, ölkənin bir çox regionlarında və hətta xaricdə belə sahib olduğu sərvəti ilə gəldi. Media öncə sıradan bir dövlət görəvlisinin bu qədər sərvətə necə sahib olduğunu araşdırarkən, ortaya yeni nüanslar çıxdı və yenə media iddia etdi ki, cənab Babaşovun məlum sərvətinin əldə olunmasında sabiq MTN nazirinin və hal-hazırda həbsdə olan E.Mahmudova bağlı generalların rolu olub. Mediada yer alam məlumatlar əsasında, cumhuriyyet.az bildirir ki, R.Babaşovun bir zamanlar mövcud olan əlaqələri nəinki onun özünü, hətta dostlarını belə MTN çetesindən qorumaq üçün yetərli olub. Mənbə onu da qeyd etdi ki, “MTN işi”nə görə həbsdə olan generallar sabiq nazir E.Mahmudovun göstərişi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu o, hələ “Azəryolservis” ASC-nin sədri olduğu dönəmlərdə ləkələmək taktikası hazırlayıblar. O da bildirilir ki, cənab Qurbanovun özü ilə bağlı kardinal dəyişikliyi belə məlum çeteni hazırladığı plandan imtina etdirməyib. Bu zaman dost köməyinə ehtiyac yaranıb. Məlumatı verən mənbə bildirir ki, C.Qurbanovla dostluq əlaqəsi olan R.Babaşovun müdaxiləsindən sonra məlum çete C.Qurbanovla bağlı planlarını başqa müstəviyə keçirib. Mənbə R.Babaşovla bağlı məlumata onu da əlavə etdi ki, rəis müavininin MTN generalları ilə münasibətini Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, hazırda “MTN işi” ilə bağlı həbsdə olan Vidadi Məmmədov yaradıb. Mənbə onu da qeyd etdi ki, Xəzər rayonu ərazisində sabiq nazirə məxsus villanın xərcinin bir hissəsi də məhz Rəcəb Babaşov tərəfindən ödənildiyi üçün bu şəxsə sabiq nazir tərəfindən toxunulmazlıq statusu da verilibmiş.
Şok iddia:Eldar Mahmudovun sərvətini Almaniyaya qaçırıb?
Bu şəxs Azərbaycanın ən güclü məmurlarından biri olan MTN-nin şefi Eldar Mahmudov vəzifəsindən çıxardılmamışdan 3 gün qabaq onunla görüşüb. Həmin görüşdə nələr haqqında danışıldığını bilməsək də, iddia etmək olar ki, danışıqların səbəbidir ki Rəcəb Babaşov Eldar Mahmudov prezident tərəfindən işdən azad olan kimi təcili Azərbaycanı tərk etdi. Əslində Eldar Mahmudovun ən axırıncı görüşdüyü adam Rəcəb Babaşov sayıla bilər və Eldar Mahmudovun təcrübəli əməliyyatçı olduğunu nəzərə alsaq Rəcəb Babaşovun xaricə getməsinin “MTN” çetesinin xaricdəki var dövlətinin yerləşdirməsi ilə bağlı olduğunu desək heç də yanılmarıq.
Lənkəranlı işi və Babaşov qalmaqalı
İlk öncə onu bildirək ki, Vergilər Nazirliyində işləməsinə rəğmən R.Babaşov Cavid Qurbanovun adamı kimi tanınıb. Amma deputatın “qara kassası” olaraq bilinən bu şəxs müəyyən problemlər də yaşadıb. Belə ki, cumhuriyyet.az olaraq mediada yayılan xəbərlərdən öyrəndik ki, bir müddət əvvəl sürücüsü Mahir Lənkəranlının əməllərinə görə başı bərk ağrayan C.Qurbanovun MTN işində dolayısı ilə çəkilib. Məsələnin ölkə rəhbərliyi səviyyəsində nəzarətdə saxlanması C.Qurbanovun durumunu xeyli ağırlaşdırıb. Həmin məlumatlara görə, C.Qurbanov M.Lənkəranlı qalmaqalının ardınca yeni postunda adının qarışıq işlərdə çəkilməsindən narahat olub. Nüfuzuna xələl gəldiyini düşünən İdarə rəisi barəsində sensasion ittihamlar var. Belə ki, Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə rəis müavini Rəcəb Babaşovun adı MTN işində hallanır. R.Babaşov isə C.Qurbanova yaxın adam hesab edilir. Bu faktın ortalığa çıxması baş dəmiryolçu üçün yeni problem yaradıb. Bakı Vergilər Departamentində rəis müavini işləyən Rəcəb Babaşov paytaxtda hətta regionlarda da böyük biznes imperiyasının olması ilə tanınan oliqarxlardan biridir. Onun şəxsi mülkiyyətində olan avtomobillərin bütün seriya nömrələri 077 ilə bitir. Bakıda «077» adlı xeyli sayda prestijli avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var. Və Rəcəb Babaşovun bu şəkildə yüksəlməsində ən mühüm rolu da MTN-çilərin oynadığı söylənilir.
Rəcəb Babaşovun əməlləri
Qara kassaya xüsusi xidmətləriylə seçildiyinə görə R.Babaşov özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür. Rəcəb Babaşovun şəxsi biznesləri və dəyəri milyardlarla ölçülən əmlakına o cümlədən onlarla bahalı maşınlarına nəzər salmaqla müəyyən etmək olur ki, bu şəxs qara kassaya xüsusi xidmətləriylə seçildiyinə görə özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür. Onun
– Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat;
– Bayıldakı Aran restoranı, Aran kafesi; “077-lər” adlı avtoyuması;
– Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı;
– əlavə olaraq Bakıda 4 evi; o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi;
– ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobilinə nəzər salsaq görərik ki milləti xalqın əmlakını dövlətdən oğurlayaraq, bu şəxs dövlətin vergi orqanını şəxsi biznesinə çevirib. Belə deyilsə, bu milyardlar onda hardandır? Rəcəb Babaşov bunlarla kifayətlənməyib Sabirabad rayonunda xırda sahibkarlardan da “haqq” alır. Belə ki Sabirabad rayonunda bu şəxsin ilin sonunda payını çatdırmayan heç bir sahibkar mağaza işlədə bilmir. Bu işdə rayonda ona dəstəy olan Sabirabad Rayon İcra Hakimiyyətinin 1 müavini postunun tutan Rəcəb Babaşovun doğmaca bibisi oğlu Həsən Həsənovdur. Belə ki Rəcəb Babaşov haqqını çatdırmayan sahibkarlara Həsən Həsənovun dəstəyi ilə bir sözlə divan tutur. Daxil olan informasiyalarda həmçinin deyilir ki, Rəcəb Babaşov öz doğma rayonu olan Sabirabadda da böyük biznes imperiyası qurub. Hətta öz rayonunda belə sahibkarlarla davranışında Babaşovun çox amansız biri olduğu deyilir.
P.S. Yazıda bu vaxta qədər mediada yer almış və rəsmən təkzib olunmamış məlumatlardan istifadə olunmuşdur.
Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.