BolgeXeber.Com » Xəbərlər » Bakıda mağaza satıcısını hipnoz edib 100 manatını belə aldı-VİDEO

Bakıda mağaza satıcısını hipnoz edib 100 manatını belə aldı-VİDEO

24-09-2016, 11:21
Oxunub: 2 012 Bakıda mağaza satıcısını hipnoz edib 100 manatını belə aldı-VİDEOİndi polis həmin eynəkli qadını axtarır

Çantasından 100 manatı çıxarıb dəfələrlə satıcıya uzadır… Hər dəfə nəyisə bəhanə gətirərək pulu geri çəkir vermək istəmir. Qadın müştəri bu üsulla satıcını sanki hipnoz edir.

Bakıda kosmetika mağazalarının birində qadın müştəri satıcını aldadadaraq 100 manata yaxın ziyan vurub. Görüntülər isə mağazanın təhlükəsizlik kamerası tərəfindən saniyəsinə kimi çəkilib.

Mağazaya taksi ilə gələn qadıni 4 manat 50 qəpiklik malı kassadan götürən zaman satıcıya 100 manatlıq əskinaz uzadır. Ancaq hər dəfə də pulu geri çəkir və başqa mallarla bağlı sual verərək fikri yayındırmağa çalışır.

Nəhayət, digər satıcıya başqa bir krem gətirməyi xahiş edir. O getdikdən sonra pulu əl çantasına qoyur və yanındakı satıcıdan qalığı qaytarmağı xahiş edir.

Satıcı ona 96 manat qaytarır. Bir manatı da uzadır ki, 50 qəpik çıxılsın. Digər satıcı gəldikdən sonra isə yeni sifariş etdiyi malın lazım olmadığını bildirir. Beləliklə, 100 manatı vermədən qalığı alaraq gəldiyi taksi ilə də mağazadan uzaqlaşır.

İndi polis həmin eynəkli qadını axtarır.