BolgeXeber.Com » Xəbərlər » Sabah referendumqabağı təşviqat dayandırılacaq

Sabah referendumqabağı təşviqat dayandırılacaq

24-09-2016, 11:24
Oxunub: 2 258 Sabah referendumqabağı təşviqat dayandırılacaqSabah Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təşviqatın aparılması üçün ayrılan müddət başa çatır

Bolgexeber.com xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı, səsvermənin başlanmasına 24 saat qalanadək proses dayandırılmalıdır.

Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar referendumqabağı təşviqata sentyabrın 3-də başlanıb. Təşviqat sentyabrın 25-də, saat 08.00-da dayandırılacaq.