BolgeXeber.Com » Xəbərlər » DİN Qazaxda baş vermiş qətllə bağlı rəsmi məlumat yayıb

DİN Qazaxda baş vermiş qətllə bağlı rəsmi məlumat yayıb

24-09-2016, 12:12
Oxunub: 1 945 DİN Qazaxda baş vermiş qətllə bağlı rəsmi məlumat yayıbAğstafa rayon sakini Aqşin Mustafayev tutulub

Daxili İşlər Nazirliyi (DİN) Qazax şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Bolgexeber.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 23-də Qazax şəhərində naməlum şəxs münaqişə zəminində rayon sakini Taleh Abdullayevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. T.Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb.

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Aqşin Mustafayev tutulub.