BolgeXeber.Com » Xəbərlər » Orta məktəbdə biabırçılıq :ŞAGİRD ŞAGİRDİN QUCAĞINDA-parta çatışmır+FOTO

Orta məktəbdə biabırçılıq :ŞAGİRD ŞAGİRDİN QUCAĞINDA-parta çatışmır+FOTO

26-09-2016, 09:22
Oxunub: 4 462 Orta məktəbdə biabırçılıq :ŞAGİRD ŞAGİRDİN QUCAĞINDA-parta çatışmır+FOTOBakının Sabunçu rayonunda yerləşən Elşən Məhərrəmov adına 137 saylı tam orta məktəbdən çəkilmiş fotolar sosial şəbəkələrdə qınağa səbəb olub

Jurnalist Anar Bayramoğlu paylaşdığı fotoları belə şərh edib:

"Siniflərdə şagirdlərin oturması üçün parta çatışmır. Şagirdlər bir-birinin qucağında oturub, dərs dinləyirlər. Bir partada hərdən 8 uşaq əyləşir. Təhsil naziri Mikayıl Cabbarov yoldaş isə "Bilik günü"ndə təhsilin keyfiyyətindən danışırdı. Elə Bakı Baş Təhsil İdarəsinin müdür xanımı da paytaxt məktəblərindəki dərslərin keyfiyyətindən dəm vururdu. Bu da keyfiyyətli tədris, buyurun cənablar. Şagirdlərin bir-birinin qucağında oturması yaxşı əlamət deyil, sonra...".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.olke.az
Orta məktəbdə biabırçılıq :ŞAGİRD ŞAGİRDİN QUCAĞINDA-parta çatışmır+FOTO