BolgeXeber.Com » BÖLGƏ TV » Dizel yanacağına yağ qatmayın, yoxsa... - VİDEO

Dizel yanacağına yağ qatmayın, yoxsa... - VİDEO

26-09-2016, 10:30
Oxunub: 2 873 Dizel yanacağına yağ qatmayın, yoxsa... - VİDEODizel yanacaqlı avtomobili olan sürücülərin bir çoxu usta məsləhəti olmadan yanacağa müxtəlif yağlar tökürlər

Onlar edirlər ki, bununla avtomobilin ömrünü uzadırlar. Halbuki, tam əksinə bu avtomobilə zərər verir. Üstəlik yanacağa belə müdaxilələr ekoloji cəhətdən də zərərlidir. Mütəxəsislər bununla bağlı sürücüləri xəbərdar edir.

Söhbət yanacaq növü dizel olan avtomobildən gedir. Nurlan Zeynallı həm yanacaq sərfiyyatının azalacağına, həm də mühərrikdə əlavə səs olmayacağına görə yanacaq çəninə dizelin üzərinə mühərrik yağı əlavə edib.

Amma bir müddət sonra tam əksini görüb. Əvvəlcə avtomobildən qara tüstü çıxıb. Bir neçə gündən sonra isə mühərrik işə düşməyib.

Hazırda bir çox sürücülər bu vasitədən istifadə edirlər. Dizel yanacaqlı avtomobil sürücüləri arasında apardığımız sorğu belə deməyə əsas verir.

Avtomobi ustası Sahil Ağabəylinin sözlərinə görə, bu düzgün yanaşma deyil. Yancağa yağ qatılması birmənalı olaraq avtomobilə zərər verir.

Usta belə halla rastlaşan sürücülərin təxminən 300-400 manat ziyana düşdüyünü deyir. Çünki həmin detallar sıradan çıxdığı üçün onu təmir etmək olmur. Ancaq yenisini almaq lazım gəlir ki, bu da həm vaxt itkisidir, həm də maddi ziyan.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: