BolgeXeber.Com » Xəbərlər » “BRAVO” MARKETDƏ ÇEK MÜƏMMASI – ALINAN MALLARIN SİYAHISI NİYƏ İNGİLİS DİLİNDƏDİR? (FOTO)

“BRAVO” MARKETDƏ ÇEK MÜƏMMASI – ALINAN MALLARIN SİYAHISI NİYƏ İNGİLİS DİLİNDƏDİR? (FOTO)

26-09-2016, 11:08
Oxunub: 4 461 “BRAVO” MARKETDƏ ÇEK MÜƏMMASI – ALINAN MALLARIN SİYAHISI NİYƏ İNGİLİS DİLİNDƏDİR? (FOTO)“Bravo” böyük olduğuna və geniş çeşiddə məhsullar təqdim etdiyinə görə, hipermarket də adlandırıla bilər

“Gənclik Mall” ticarət mərkəzində fəaliyyət göstərən “Bravo” supermarketindəki kassalarda müştərilərə təqdim olunan çeklərdə alınan malların siyahsı dövlət dilimizdə deyil, ingilis dilində göstərilməsi bəzi müştərilərin haqlı narazılığına səbəb olub. Bu faktı dəqiqləşdirmək üçün, Azinforum.az-ın əməkdaşları marketdən alış-veriş edən zaman deyilənlərin həqiqət olduğunu üzə çıxarıblar.
Əməkdaşlarımızın market işçilərinə bunun hansı səbəbdən belə olduğuna dair ünvanladığı suala verilən cavab belə olub: “Sistem belə qurulub”.
Qeyd edək ki, “Bravo” supermarketi “Azərbaycan Supermarket” MMC-yə məsusdur. “Bravo” böyük olduğuna və geniş çeşiddə məhsullar təqdim etdiyinə görə, hipermarket də adlandırıla bilər.
“Bravo”ya məxsus olan Facebook səhifəsində maketin gələcək strategiyası belə açıqlanır:
“Bizim ambisiyamız Azərbaycanda ərzaq məhsullarının pərakəndə satışı üzrə həmişə milli dəyərlərə bağlı olan və ölkəyə qürur verən ən etibarlı brend olmaqdır”.
Azinforum.az olaraq hesab edirik ki, elan etdikləri strategiyanın müddəlarında yer alan milli dəyərlərə bağlılıq həm də dövlət dilimizdə hörmətlə yanaşmanı özündə ehtiva edir.
Ümidvarıq ki, market rəhbərliyi tez bir zamanda bu yalnışlığı aradan qaldıracaq.
Bolgexeber.com
“BRAVO” MARKETDƏ ÇEK MÜƏMMASI – ALINAN MALLARIN SİYAHISI NİYƏ İNGİLİS DİLİNDƏDİR? (FOTO)