BolgeXeber.Com » Xəbərlər » Nərimanov rayonunda referendum seçici fəallığı ilə davam edir

Nərimanov rayonunda referendum seçici fəallığı ilə davam edir

26-09-2016, 16:13
Oxunub: 1 961 Nərimanov rayonunda referendum seçici fəallığı ilə davam edir18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov 1-ci və 20 saylı Nərimanov 2-ci seçki dairələri üzrə cəmi 84 məntəqədə səsvermə prosesi seçici fəallığı ilə davam edir

Bütün məntəqələrdə vətəndaşların sərbəst şəkildə səs vermələri üçün lazımi şərait yaradılıb. Məntəqələrin hamısı fasiləsiz elektrik enerjisi, rabitə, kompüter, digər zəruri avadanlıq və xidmətlərlə təmin olunub.

Bolgexeber.com qeyd edir ki, Nərimanov rayonunda ümumilikdə 3 seçki dairəsi üzrə məntəqələrin sayı 84, seçicilərin ümumi sayı isə 110 min 469 nəfərdir. Şəffaflığın təmin edilməsi məqsədilə ümumilikdə 25 məntəqədə veb-kameralar quraşdırılmışdır. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatları, eləcə də nüfuzlu beynəlxalq təşkilatlardan müşahidəçilər izləyir.