BolgeXeber.Com » Xəbərlər » Hacıqabul-Kürdəmir seçki dairəsində səsverənlərin aktivliyi müşahidə olunur – FOTO

Hacıqabul-Kürdəmir seçki dairəsində səsverənlərin aktivliyi müşahidə olunur – FOTO

26-09-2016, 17:35
Oxunub: 3 966 Hacıqabul-Kürdəmir seçki dairəsində səsverənlərin aktivliyi müşahidə olunur – FOTOReferendum xalqın iradəsinin ifadəsidir

26 sentyabr ümumxalq səsverməsi(referendum) ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir.58 saylı Hacıqabul-Kürdəmir dairə seçki komissiyası 20 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və 17 bələdiyyə ərazisində yaradılan 48 məntəqəni əhatə edir.
Seçki dairəsi üzrə seçicilərin siyahısı tam dəqiqləşdirilərək məntəqələrdəki xüsusi lövhələrdən asılmışdır. Seçicilərin ümumi sayı məntəqələr üzrə 44 min 148 nəfər müəyyən olunmuşdur.
Rayon mərkəzində 8 məntəqədə veb-kamera quraşdırılmışdır. Seçki məntəqələri yeni inşa olunmuş və təmir edilmiş təhsil, mədəniyyət və münasib təşkilatların ərazisində yerləşir. Bir sözlə ümumxalq səsverməsinin (referendumun) azad, ədalətli, şəffaf keçirilməsi üçün bütün zəruri şərait yaradılıb.
Sentyabrın 26-da səhər tezdən hər kəs ürəyinin hökmü ilə məntəqələrə, səs verməyə gəlir. Biz rayonumuzun ərazisindəki bir neçə məntəqədə olduq.İnsanların necə həvəslə səsverməyə gəldiyinin şahidi olduq. Bu insanlar içərisində ahıl yaşlı insanlar, gənclər, təsərrüfat adamları, ilk dəfə səsverməyə gələn insanlarla görüşdük. Onlardan bir neçəsinin fikrini oxucularımıza çatdırırıq.
Şəhərimizdə yerləşən 11 saylı məntəqədə səsverməyə gələn 82 yaşlı Əlican Hüseynov deyir ki, konstitusiyaya edilən əlavə və dəyişikliklər ölkəmiz üçün yeni uğurlu mərhələnin başlanğıcıdır. Bütün bu dəyişikliklər ölkəmizin davamlı və sabit inkişafını təmin etməkdən ötrüdür. Biz ağsaqqallar ulu öndərimiz Heydər Əliyev dövrünün insanlarıyıq və onun xoşməramlı siyasətinin şahidləriyik. Bu gün də inanırıq ki, Azərbaycan xalqının düzgün və obyektiv reallığa əsaslanan bu seçimi müstəqil respublikamızın yüksəlişinin və firavaqnlığının davamlılığına böyük töhfə verəcək, Heydər Əliyev siyasi kursunun əbədiliyinə yeni zəmin yaradacaq.
Şəhərimizdəki 1 saylı məntəqədə səsverməyə gələn gənc Pərviz Almazovun fikrini öyrənirik. Pərviz deyir ki, referendun Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə insan hüquqları, milli təhlükəsizlik, idarəetmə və digər istiqamətlərdə islahatların davamı kimi xarakterizə olunur. Konstitusiya islahatları ölkə gəncliyinin də maraqlarına cavab verir. Seçkili orqanlarda iştirakla bağlı yaş senzinin götürülməsi gənclər qarşısında yeni imkanlar açır. Təklif olunan dəyişikliklər mütərəqqi xarakter daşıyır və gənclər tərəfindən rəğbətlə qarşılanır.
Rayonumuzun Qarasu kəndində yerləşən 14 və 15 saylı məntəqələrdə də səhər tezdən qələbəlikdir. Kənd sakinləri dəstə-dəstə səsvermədə iştirak etmək üçün tələsirlər. Məntəqədə ilk dəfə səsvermə hüququna malik olan gənc qızımızla tanış oluruq. Aytac Fərəcova bu il ilk dəfədir ki, seçkidə iştirak edir. Onun fikirlərini öyrənirik. Aytac bildirdi ki, referendum həm də dövlətimizin Azərbaycan gəncliyinə verdiyi dəyərin göstəricisidir. İndi gənclərimiz dövlətimiz tərəfində hər cür diqqət və qayğı ilə əhatə olunublar. Sevinirəm ki, belə bir dövlətdə yaşayıram.
Rayonumuzun Kolanı kəndi ərazisində yerləşən 19 saylı məntəqədə isə iki təsərrüfat adamı ilə görüşüb söhbət edirik.Kənd sakinləri Vüqar Dostəliyev neçə illərdir taxılçılıq, bostançılıqla, İslam Piriyev isə heyvandarlıqla məşğul olurlar. Onlar qeyd etdilər ki,illərldir kənd təsərrüfatı işləri ilə məşğuluq. Dövlətin aqrar sahəyə diqqət və qayğısından bəhrələnən insanlarıq.Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin böyük bir qismi məhz ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, qanuni mənafeyinin səmərəli təmin olunmasına yönəlmişdir. Bu əlavə və dəyişikliklər Azərbaycan dövlətinin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını və yüksək dəyər verdiyini bir daha təsdiqləyir.Azərbaycanda inkişaf və tərəqqinin tərəfdarı olan hər bir kəsin bu seçkilərdə iştirak edəcəyinə inanırıq.
Bəli biz də inanırıq ki, həqiqətən də inkişafa, tərəqqiyə önəm verən xalqımız, eləcə də hacıqabullular səsvermədə fəal iştirak edəcək, demokratik, şəffaf bir seçki keçiriləcəkdir.
Qeyd üçün bildiririk ki, artıq saat 12-yə olan məlumata görə 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi üzrə 14 min 380 nəfər seçkidə iştirak edərək səs vermişdir.
“Hacıqabul”
Bolgexeber.com
Hacıqabul-Kürdəmir seçki dairəsində səsverənlərin aktivliyi müşahidə olunur – FOTO
Hacıqabul-Kürdəmir seçki dairəsində səsverənlərin aktivliyi müşahidə olunur – FOTO
Hacıqabul-Kürdəmir seçki dairəsində səsverənlərin aktivliyi müşahidə olunur – FOTO